open video

AccessBank-ın Məlumat Mərkəzi 7/24 rejiminə keçib

AccessBank-ın Məlumat Mərkəzi 7/24 rejiminə keçib 

AccessBank-ın "151" Ümumi Məlumat Mərkəzi 7/24 rejiminə keçib. Artıq Mərkəz müştərilərin istənilən müraciətlərini fasiləsiz rejimdə cavablandıracaq. 

Qeyd edək ki, müştərilər 151 nömrəsinə zəng etməklə, sosial şəbəkələr (Facebook, Instagram, Twitter), o cümlədən (+994 55) 33 151 33 WhatsApp vasitəsilə Bankın təqdim etdiyi məhsul və xidmətlər, keçirdiyi kampaniyalar barədə məlumatlana bilərlər. Beləliklə, Ümumi Məlumat Mərkəzinin əməkdaşları müştərilərdən daxil olan sorğuları operativ qaydada cavablandıracaqlar.

AccessBank-ın Rəqəmsal Bankçılıq üzrə İcraçı Direktoru Səbinə Qurbanova bildirib ki, Ümumi Məlumat Mərkəzinin fasiləsiz iş rejiminə keçməsinin əsas məqsədi müştəri məmnuniyyətinin artırılmasıdır: "Bilirsiniz ki, Məlumat Mərkəzi bankın simasıdır. Müştərilərimizin tələbləri durmadan dəyişir və bu tələblər tərəfimizdən yeni addımların atılmasını zəruri edir. Buna görə, müştərilərimizin tələbatına əsasən Məlumat Mərkəzi fasiləsiz iş rejiminə keçib. Başqa sözlə, biz müştərilərimizə daha yaxın olmaq istədik və inanıram ki, buna nail olacağıq. Ümid edirəm ki, bu yenilik xüsusilə bank əməliyyatlarını onlayn rejimdə həyata keçirən müştərilərimizin ürəyincə olacaq. Belə ki, hətta gecə saatlarında bank əməliyyatı həyata keçirən zaman hər hansı bir sualı yaranan müştərilərimiz səhərin açılmasını gözləmədən dərhal Bankla əlaqə saxlaya biləcəklər".

 "AccessBank"ın nizamnamə kapitalı 140,25 mln. manat təşkil edir. Səhmlərin 100%-i xarici kapitaldan ibarətdir və 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Bankın səhmdarları bunlardır: Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), KfW - "Kreditanstalt für Wiederaufbau" (20%), "Access Microfinance Holding AG" (16,53%) və "LFS Financial Systems GmbH" (3,47%).

 

İlin xəbər arxivi

KREDİT KALKULYATORU
KREDİT SİFARİŞİ
19.02.2018
NAĞD NAĞDSIZ
ALIŞ
$ USD 1,6960
€ EUR 2,0686
₽ RUB -
£ GBP -
SATIŞ
1,7015
2,1319
-
-

Mükafatlar

AccessBank-ın təltif olunduğu mukafatlarla burada tanış ola bilərsiniz.

Müraciət

Şikayət və ya təkliflərinizlə bizimlə bölüşmək üçün bu səhifəyə daxil olun

Xəbərlər arxivi

Bu səhifədə Siz, Bankın xəbərləri ilə tanış ola bilərsiniz.

KİV-Mərkəzi

Burada Siz yeniliklər, reklam xarakterli məlumatlar və digər materiallarla tanış ola bilərsiniz.

Vakansiyalar

Cari vakansiyalar barədə məlumat almaq üçün elanlarımızı izləyin.

AccessQazanc

Nağdsız ödəniş edərkən pul qazanmaq?!

Ən sərfəli təkliflər və xəbərlər barədə məlumatları birinci almaq istəyirsiniz?
АccessBank-ın yeniliklərinə abunə olun!

Ad və soyad daxil edin!
Düzgün e-mail ünvan daxil edin!
Düzgün e-mail ünvan daxil edin!
Siz uğurla abunə oldunuz!