Bakı, 11 yanvar 2012-ci il. AccessBank 2012-ci ilə, Azərbaycanın şimalında, ölkənin qədim şəhərlərindən biri olan Qubada yeni filial açmaqla qədəm qoyub. Bu filialın açılması ilə bankın filiallarının ümumi sayı 30-a çatıb. AccessBank-ın filiallarının böyük əksəriyyəti kimi, yeni filial da həm fiziki, həm də hüquqi şəxslərə tam çeşidli bank xidmətləri göstərəcək. Bu xidmətlərə cari və əmanət hesablarının, eləcədə VISA plastik kartların açılması, həm ölkə daxilində, həm də xarici ölkələrə pul köçürmələri, kiçik biznes və istehlak kreditlərinin verilməsi daxildir. Azərbaycanın regionlarının iqtisadi inkişafında aparıcı investorlardan biri olan AccessBank, hal-hazırda, kənd təsərrüfatının maliyyələşdirilməsi üzrə aparıcı bank hesab olunur. Bununla əlaqədar olaraq, “Quba” filialının həm öz regionunda, həm də qonşu rayonlarda kənd təsərrüfatı sektorunun inkişafına böyük töhfə verəcəyi gözlənilir.
|











