AccessBank QSC 2002-ci il oktyabrın 29-da Bakıda Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb. 8 sentyabr 2008-ci il tarixindən Bank adını dəyişdirərək öz fəaliyyətini AccessBank olaraq davam etdirib.
АccessBank-ın missiyası, aşağı və orta gəlirli Azərbaycan ailələrinin, eləcə də mikro və kiçik müəssisələrin maliyyə xidmətlərindən yararlanmasını təmin etməkdən ibarətdir. AccessBank altı beynəlxalq maliyyə institutunun 100%-lik mülkiyyətindədir. Bunlar Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Kfw Development Bank – Almaniya Hökumətinin İnkişaf Bankı (hər biri 20%), mikromaliyyələşdirmə sahəsində strateji maliyyəçi rolunda çıxış edən Access Holding (16.5%) və Almaniyanın LFS Financial Systems GmbH (3.5%) şirkətləridir.