İdarə heyəti

В целях обеспечения эффективного управления деятельностью банка общее собрание акционеров избирает коллегиальный исполнительный орган — Совет Правления. Правление банка ответственно за реализацию целей, стратегии и политики банка, определяемых общим собранием акционеров и наблюдательным советом банка. В настоящее время в состав правления входят 5 человек.

 

 

Doktor ANDRYU POSPİLOVSKİ
Baş Menecer və İdarə Heyətinin Sədri
2006-cı ilin iyun ayından etibarən AccesBank-da Baş Menecer və İdarə Heyətinin Sədri vəzifələrini icra edir, AccessBank-ın gündəlik idarə edilməsinə görə məsuliyyət daşıyır. AccesBank-dan əvvəl doktor Pospilovski keçmiş Sovet İttifaqı respublikalarında kiçik, mikro və orta sahibkarlığın kreditləşməsi layihələrində çalışmış, eləcə də Asiya və Afrika ölkələrində risklərin idarə edilməsi; kredit məhsullarının inkişaf etdirilməsi, ərizələrə Baxış və Kredit Balının Verilməsi Sisteminin işlənib hazırlanması və marketinq sahələrində geniş təcrübə qazanmışdır. O, həmçinin Londonda İnkişaf edən Bazarlar üzrə Analitik vəzifəsində çalışmış, London Universitetində mühazirə oxumuş və orada da doktor dərəcəsi almışdır. Doktor Pospilovski həmçinin, AccessBank Tacikistan və DAWF-Azərbaycan Almaniya Biznes Assosiasiyasında Müşahidə Şurasının üzvüdür. Əslən İngiltərədən olan doktor Pospilovski, ingilis və rus dillərində sərbəst danışır.

 

RÜFƏT İSMAYILOV
İnfrastruktur Direktoru

2002-ci ilin sentyabr ayında AccessBank-da fəaliyyətini mikromaliyyələşdirmə üzrə ilk mütəxəssislərdən biri kimi başlamışdır. O vaxtdan etibarən o, Böyük Kredit Mütəxəssisi və Mərkəzi Filialın Meneceri vəzifəsinədək yüksəlmiş, daha sonra İnzibati Menecer vəzifəsinə təyin edilmişdir. 2006-cı ilin fevral ayından etibarən isə İdarə Heyəti üzvlüyünə qəbul olunmuşdur. İnzibati Menecer qismində cənab İsmayılov filial şəbəkəsinin genişləndirilməsinə, eləcə də təchizat, informasiya texnologiyaları və təhlükəsizlik məsələlərinə görə məsuliyyət daşıyır. AccessBank-dan əvvəl o, World Vision Azerbaijan şirkətində Filial Meneceri və Kredit Mütəxəssisi qismində çalışmışdır. Cənab İsmayılov azərbaycanlıdır, Azərbaycan, rus və ingilis dillərini mükəmməl bilir.

ŞAKİR RƏHİMOV
Biznes Bankçılıq üzrə Direktor

AccessBank-da 2002-ci ilin sentyabr ayından etibarən mikrokreditləşmə sahəsində kredit mütəxəssisi vəzifəsində çalışmağa başlamışdır. 2003- cü ilin sonunda mikrokreditləşmə üzrə böyük kredit mütəxəssisi vəzifəsinə təyin olunmuş və artıq 2004-cü ilin mart ayında yeni yaradılmış kiçik və orta biznes kreditləşməsi şöbəsinə keçirilmişdir. 2004-cü ilin sonunda o, bank filiallarının birində həmin şöbənin rəhbəri vəzifəsinə, 11 ay sonra isə, 1 dekabr 2005-ci il tarixdə Kiçik və Orta Biznes Kreditləşməsi Departamentinin Rəhbəri vəzifəsinə təyin edilərək 3 il yarım müddət ərzində bank üzrə bu departamentin inkişafına görə məsuliyyət daşımışdır.
2008-ci ilin aprel ayında o, Biznes Bankçılığı Departamentinin Rəhbəri vəzifəsinə təyin edilmiş və İdarə Heyəti üzvlüyünə qəbul olunmuşdur. Şakir Rəhimov mikro və SME kreditləşməsinə, korporativ xidmətlərə və risklərin idarə olunmasına görə məsuliyyət daşıyır. O, Azərbaycan Dövlət İqtisad Universitetini bitirmiş və Maliyyə sahəsində Biznes Administrasiyası üzrə magistr dərəcəsinə yiyələnmişdir. Şakir Rəhimov azərbaycanlıdır, Azərbaycan, rus və ingilis dillərini mükəmməl bilir.

 

ANAR HƏSƏNOV
Pərakəndə Bankçılıq və Əməliyyat Direktoru

AccessBankda 2002-ci ilin sentyabr ayından mikrokreditləşmə üzrə mütəxəssis qismində çalışmağa başlamışdır. 2004-cü ilin yanvar ayında Böyük Kredit Mütəxəssisi vəzifəsinədək yüksəlmişdir. Cənab Həsənov 2004-cü ilin mart ayında yeni yaradılmış Kiçik və Orta Kredit Departamentinə keçirilmişdir. 2005-ci ilin yanvar ayında o, bankın Aeroport Filialında Kiçik və Orta Kredit Departamentinin rəhbəri vəzifəsinə təyin olunmuş və 2006-cı ilin mart ayınadək bu vəzifədə çalışmışdır. Həmin ilin mart-iyul aylarında cənab Həsənov Kredit Məhsullarının İnkışafı Departamentinin Rəhbəri vəzifəsində çalışmışdır. 2006-cı ilin iyul ayında Pərakəndə Bankçılıq Departamentinin Rəhbəri vəzifəsinə təyin olunmuşdur. Departament AccessBank-da plastik kartlar, depozit biznesi və istehlak kreditləri ilə məşğul olur.
2007-ci ilin sentyabr ayında cənab Həsənov Pərakəndə Bankçılıq və Əməliyyatlar üzrə direktor vəzifəsiylə bərabər idarə heyətinin üzvü təyin olmuşdur. O, pərakəndə və əməliyyat biznesi üzrə - bank xidmətləri, istehlak kreditləri,plastik kart,kassa, marketinq və AccessBank Call Centre- məsuliyyət daşıyır.
1995 – 2003-cü illər ərzində o, İstambul Universitetində və Azərbaycan Dövlət İqtisad Universitetində ali təhsil almış, "Bank işi və kredit" ixtisası üzrə bakalavr və magistr dərəcələrinə layiq görülmüşdür. Anar Həsənov azərbaycanlıdır, Azərbaycan, rus və ingilis dillərini mükəmməl bilir.

 

ELŞƏN HACİYEV
Maliyyə Direktoru

Mühasibat şöbəsinin yaradılması və idarə edilməsi məqsədi ilə 2002-ci ilin avqust ayından etibarən AccessBank-da çalışmağa başlayıb. Bankın mühasibat uçotunun aparılması, maliyyə nəzarəti, likvidliyin və digər maliyyə risklərinin idarə olunmasına görə məsuliyyət daşıyır. AccessBank-ın yaradıldığı vaxtdan etibarən cənab Hacıyev Bankın İdarə Heyətinin üzvüdür. AccessBankda çalışmazdan əvvəl o, 6 il Bakı şəhərindəki HSBC Bankında Maliyyə Nəzarəti üzrə Rəhbər vəzifəsində, eləcə də Azərbaycan Sənaye-İnvestisiya Bankında və Moskva şəhərində “Menatep” Bankında çalışmışdır. Maliyyə Xidmətləri İnsitututu (keçmiş İxtisaslaşmış Bank Əməkdaşları İnstitutu, Böyük Britaniya) tərəfindən ona Maliyyə Xidmətləri Meneceri diplomu verilmişdir. Cənab Hacıyev azərbaycanlıdır, Azərbaycan, rus və ingilis dillərini mükəmməl bilir.