open video

İdarə Heyəti

Səhmdarların Ümumi Yığıncağı, Bankın fəaliyyətini idarə etmək məqsədilə bankın kollegial idarəetmə orqanı qismində İdarə Heyəti Şurasını seçir. Bankın İdarə Heyəti, Səhmdarların Ümumi Yığıncağı və Müşahidə Şurası tərəfindən təyin edilən bankın məqsədlərinin, strategiyasının və siyasətinin həyata keçirilməsinə cavabdehdir. Hal-hazırda İdarə Heyətinin 3 üzvü var.

MICHAEL HOFFMANN

Baş Menecer və İdarə Heyətinin Sədri

AccessBank İdarə Heyətinin Sədri vəzifəsinə təyin olunmazdan əvvəl Michael Hoffmann 2005-ci ildən 2012-ci ilədək Avropa Yenidənqurma və İnkişaf Bankında (AYİB) çalışıb və 2007-ci ilin iyul ayında Samara şəhərində təsis edilən AYİB-ın Volqayanı Federal Əyalətindəki ofisinə rəhbərlik edib. Ofisin rəhbəri qismində M.Hoffmann korporasiyaları, özəl sektor müştərilərini və regional bankları əhatə edən yeni biznes sahələrinin inkişafına görə məsuliyyət daşıyıb. Cənab Hoffmann öz karyerasına 1996-cı ildə HSH Nordbank AG bankında başlayıb və burada o, Tallin Nümayəndəlik Ofisinin Rəhbəri vəzifəsində Baltika ölkələrində (Estoniya, Latviya və Litvada) Bank biznesi üzrə öhdəlikləri icra edib. Buradakı fəaliyyəti müddətində o, Baltikyanı və Skandinaviya ölkələrində iri korporativ və maliyyə institutlarının maliyyələşdirilməsini təmin edib. Cənab Hoffmann, həmçinin, Chevrolet Niva markalı avtomobil istehsal edən və Tolyatti şəhərində yerləşən Avtovaz və General Motors şirkətlərinin GM-AvtoVaz birgə müəssisələrinin Direktorlar Şurasının üzvü olub (2008-2012). O, Çikaqo Universitetinin biznes sahəsində MBA dərəcəsinə, Booth School of Business və Kil Universitetinin iqtisadiyyat üzrə diplomuna malikdir. O, həmçinin Münster Universitetində politologiya və slavyan dilləri üzrə təhsil alıb. Cənab Hoffmann milliyyətcə almandır və alman dilindən əlavə, ingilis və rus dillərini də mükəmməl bilir.

ANAR HƏSƏNOV

İdarə Heyəti Sədrinin Müavini

AccessBank-da 2002-ci ilin sentyabr ayından mikrokreditləşmə üzrə mütəxəssis qismində çalışmağa başlayıb, daha sonra Böyük Kredit Mütəxəssisi vəzifəsinədək yüksəlib və yeni yaradılmış KOB Departamentinə keçirilib. Cənab Həsənov 2006-cı ilin iyul ayında Pərakəndə Bankçılıq Departamentinin Rəhbəri vəzifəsinə təyin olunub və plastik kartlar, əmanət biznesi və istehlak kreditlərinin inkişafına görə cavabdeh olub. 2007-ci ilin sentyabr ayında cənab Həsənov İdarə Heyətinin üzvü təyin olunub. Anar Həsənov İstanbul Universitetində maliyyə üzrə təhsil alıb. Azərbaycan Dövlət İqtisad Universitetində "Bank işi və kredit" üzrə maqistr dərəcəsinə yiyələnib və Filadelfiyanın Ali Bank Məktəbini bitirib. Anar Həsənov azərbaycanlıdır, Azərbaycan, rus və ingilis dillərini mükəmməl bilir.

 

 

İcraçı Direktorlar

 

Doktor ROLF REICHARDT

Maliyyə / Xəzinədarlıq üzrə İcraçı Direktor

Rolf Reichardt 2014-cü ilin may ayında AccessBank-da fəaliyyətə başlayıb. AccessBank-a gəlməzdən əvvəl Cənab Reichardt 20 ildən artıq Almaniyanın bir sıra iri banklarında risk idarəçiliyi üzrə müxtəlif vəzifələrdə çalışıb. İlk əvvəl o, Dexia Kommunalbank AG bankında xəzinədar işləyib. Cənab Reichardt, Almaniyanın ACI şirkətinin ALM komitəsinin üzvüdür. Bundan əlavə, o, mühasibatlıq və maliyyə məsələləri üzrə akademik tədqiqatlarla məşğul olub. Rolf Reichardt Frankfurtdakı Höte Universitetində fəlsəfə doktoru dərəcəsini alıb. Yeni Zelandiyanın Oklend, Almaniyanın Kil və ABŞ-ın Yuta universitetlərində iqtisadi təhsil alıb. Cənab Reichardt Almaniyada doğulub. Alman, ingilis və fransız dillərini mükəmməl, rus dilini yaxşı bilir.

TARİYEL İSMAYILOV

Mikrokreditləşmə və Kredit Bək Ofis üzrə İcraçı Direktor

Cənab İsmayılov AccessBank-da öz fəaliyyətini 2003-cü ildə mikrokreditləşmə üzrə mütəxəssis vəzifəsində başlayıb. 2006-cı ildə «Gəncə» filialının rəhbəri vəzifəsinə təyin edilib. Daha sonra, 2008-ci ildə Mikrokreditləşmə Departamentinin Rəhbəri vəzifəsinə təyin olunub, həmçinin, qərb regionunun Regional Meneceri vəzifəsində çalışıb. 2013-cü ilin sentyabr ayında cənab İsmayılov Mikrokreditləşmə və Kredit Bək Ofis üzrə İcraçı Direktor vəzifəsinə təyin olunub. Tariyel İsmayılov Azərbaycan Milli Aviasiya Akademiyasını «İqtisadiyyat və Hüquq» ixtisası üzrə bitirərək magistr dərəcəsi alıb, eləcə də Azərbaycan Dövlət Texnoloji Universitetinin aspiranturasını bitirib. Milliyyətcə azərbaycanlıdır, Azərbaycan, rus və ingilis dillərini mükəmməl bilir.

KƏNAN AĞAYEV

Kiçik və Orta Biznes Kreditləri və Korporativ Xidmətlər üzrə İcraçı Direktor

Cənab Ağayev AccessBank-da əmək fəaliyyətinə 2003-cü ilin aprel ayından etibarən mikrokreditləşmə üzrə kredit mütəxəssisi qismində başlayıb. 2004-cü ilin iyun ayından KOB şöbəsində kredit mütəxəssisi, 2005-ci ilin avqust ayından həmin şöbənin rəhbəri vəzifəsinə təyin edilib. 2006-cı ildə “Babək” filialının rəhbəri vəzifəsinə təyin olunaraq 2010-cu ilə qədər bu vəzifədə çalışıb. 2010-cu ildə Bankın KOB Departamentinin rəhbəri vəzifəsinə yüksəlib. 2013-cü ilin sentyabr ayından Kiçik və Orta Biznes Kreditləri, Korporativ Xidmətlər üzrə İcraçı Direktor vəzifəsinə təyin olunub. O, Azərbaycan Dövlət İqtisad Universitetini bitirib, “Maliyyə və Kredit” ixtisası üzrə bakalavr və magistr dərəcəsinə yiyələnib. Azərbaycan Respublikası İqtisadi İnkişaf Naziliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda “İqtisadiyyatda riyazi və instrumental üsullar” ixtisası üzrə aspiranturada təhsil alıb.Kənan Ağayev azərbaycanlıdır, azərbaycan, ingilis və rus dillərini bilir.

ELŞƏN HACIYEV

Maliyyə Nəzarəti üzrə İcraçı Direktor

AccessBank-da çalışmazdan əvvəl, cənab Hacıyev 6 il Bakı şəhərindəki HSBC Bankında Maliyyə Nəzarəti üzrə Rəhbər vəzifəsində, eləcə də Azərbaycan Sənaye-İnvestisiya Bankında və Moskva şəhərində “Menatep” Bankında çalışıb. AccessBank təsis olunduğu gündən bəri, Elşən Hacıyev Maliyyə və Mühasibatlıq Departamentinə rəhbərlik edib. 2013-cü ildə cənab Hacıyev Maliyyə Nəzarəti üzrə İcraçı Direktor vəzifəsinə təyin olunub. Cənab Hacıyev Moskvada Avtomobil Yolları İnstitutunda “Avtomobil nəqliyyatının iqtisadiyyatı və təşkili” ixtisası üzrə mühəndis-iqtisadçı kvalifikasiyasını alıb. Böyük Britaniyanın Maliyyə Xidmətləri İnsitututu (keçmiş İxtisaslaşmış Bank Əməkdaşları İnstitutu) tərəfindən verilən maliyyə xidmətlərinin idarəolunması üzrə diploma malikdir. Cənab Hacıyev azərbaycanlıdır, Azərbaycan, rus və ingilis dillərini mükəmməl bilir.

VASİLİY MELNİÇUK

İnformasiya Texnologiyaları üzrə İcraçı Direktor

2015-ci ilin may ayında AccessBank-da fəaliyyətə başlamazdan əvvəl Vasiliy Melniçuk son 6 il ərzində Avstriyanın Volksbank qrupunun Lvov şəhərindəki Ukrayna bölməsinin İdarə Heyətinin üzvü kimi layihə komitəsinin sədri vəzifəsində çalışıb. Bundan əvvəl, 1998-ci ildə cənab Melniçuk Hollandiyanın ING maliyyə qrupunun Ukrayna törəmə bankını yaradan qrupa qoşulub, daha sonra 3 il müddətində ING qrupunun Əfqanıstanda həyata keçirilən beynəlxalq layihəsi üzərində çalışıb. Vasiliy Melniçuk bir neçə beynəlxalq holdinqin və Asiya İnkişaf Bankının (Asian Development Bank) səhmdarları üçün yeni bankın İT-infrastrukturunu yaradıb. Öz karyerası müddətində o, beynəlxalq İT konfranslarda, Maliyyə Texnologiya Xidmətləri Sammitində iştirak edib, bir neçə dəfə qəza vəziyyətlərinin aşkarlanması və informasiya təhlükəsizliyi mövzularında məruzələrlə çıxış edib. Vasiliy Melniçuk UMTU “Kiyev Politexnik İnstitutu”nu mühəndislik ixtisası üzrə və Regionlararası heyət idarəçiliyi Akademiyasını maliyyə ixtisası üzrə bitirib, CISA şəhadətnaməsi əldə edib. Milliyyətcə ukraynalıdır, Ukrayna, rus və ingilis dillərini mükəmməl bilir.

Haqqımızda

KREDİT KALKULYATORU
KREDİT SİFARİŞİ
27.03.2017
NAĞD NAĞDSIZ
ALIŞ
$ USD 1,6680
€ EUR 1,8094
₽ RUB -
£ GBP -
SATIŞ
1,7370
1,9120
-
-

Mükafatlar

AccessBank-ın təltif olunduğu mukafatlarla burada tanış ola bilərsiniz.

Müraciət

Şikayət və ya təkliflərinizlə bizimlə bölüşmək üçün bu səhifəyə daxil olun

Xəbərlər arxivi

Bu səhifədə Siz, Bankın xəbərləri ilə tanış ola bilərsiniz.

KİV-Mərkəzi

Burada Siz yeniliklər, reklam xarakterli məlumatlar və digər materiallarla tanış ola bilərsiniz.

Vakansiyalar

Cari vakansiyalar barədə məlumat almaq üçün elanlarımızı izləyin.

AccessQazanc

Nağdsız ödəniş edərkən pul qazanmaq?!

Ən sərfəli təkliflər və xəbərlər barədə məlumatları birinci almaq istəyirsiniz?
АccessBank-ın yeniliklərinə abunə olun!

Ad və soyad daxil edin!
Düzgün e-mail ünvan daxil edin!
Düzgün e-mail ünvan daxil edin!
Siz uğurla abunə oldunuz!