Biznes kreditlər

AccessBank ilə əməkdaşlıq sizin düşündüyünüzdən də asandır.

AccessBank – işgüzar fəaliyyətini mikro, kiçik və orta sahibkarlara maliyyə xidmətlərin göstərilməsinə yönəldən bir təşkilatdır.

Kredit lazımdır?
Accessbank 100 ABŞ dolları/AZN/AVRO-dan 3 000 000 ABŞ dolları/AZN/AVRO-dək məbləğdə kredit almaq imkanı təqdim edir. Hər ay 7 000-ə yaxın sahibkar AccessBank-dan kredit alır.

Niyə məhz AccessBank-dan?
• Sadə prosedurlar;
• Çevik sənədləşmə prosesi;
• Sənədlərin maksimum qısaldılmış siyahısı (məsələn, biznes-plan tələb olunmur);
• Əlavə xərclərin olmaması (məsələn, hesabın açılması üçün);
• Girovlar üzrə ədalətli tələblər;
• Biznes vəziyyətinə uyğun məbləğ və müddət;
• Daim təkmilləşən kredit şərtləri sayəsində uzunmüddətli partnyorluq üçün əlverişli şərait.

AccessBank-da necə kredit əldə etmək olar?
• AccessBank-ın istənilən filialına müraciət;
• Fərdi kredit mütəxəssisi ilə kreditin şərtlərinin və məşğul olduğunuz fəaliyyət növünün müzakirəsi;
• Fərdi kredit mütəxəssisi sizin işgüzar fəaliyyət sahəsinə baş çəkməsi, fəaliyyətinizin maliyyə təhlili və kredit təklifinin tərtib olunması;
• 1-3 gün ərzində kredit təklifiniz barədə qərar verilməsi.

Qeyd: Əsas tələb - cari və planlaşdırılmış işgüzar fəaliyyət barədə tam informasiya təqdim etməkdir.

Bu gün AccessBank-da müştərilərə bir neçə kredit növü təklif edir.

 


Mikro Kreditlər
• Məbləğ: 100 ABŞ dollarından – 20 000 ABŞ dollarınadək və ya eyni məbləğin AZN ekvivalenti;
• Müddət: 36 aya qədər;
• Faiz dərəcəsi: aylıq 2,25% - 2,75% (AZN və ABŞ dollarında verilən kreditlər üçün);
• Kredit üzrə komissiya haqqı: 1%-2%;
• Girov: daşınmaz əmlak, nəqliyyat vasitəsi, ev əşyaları, mal və ya zamin girov qismində çıxış edə bilər;
• Ödəniş: ayda bir dəfə və ya iki həftədə bir dəfə bərabər hissələrlə (kreditin faizi yalnız qalmış məbləğdən ödənilir).


Kiçik Kreditlər
• Məbləğ: 3 000 000 ABŞ dollarınadək və ya eyni məbləğin manat ekvivalenti (kreditin məbləği fərdi hallarda artırıla bilər);
• Müddət: 60 ayadək;
• Faiz dərəcəsi: aylıq 1,5% - 2,5%;
• Kredit üzrə komissiya haqqı: 1% - 2%;
• Girov: daşınmaz əmlak, nəqliyyat vasitəsi, ev əşyaları, mal və ya zamin girov qismində çıxış edə bilər;
• Ödəniş: ayda bir dəfə və ya iki həftədə bir dəfə bərabər hissələrlə (kreditin faizi yalnız qalmış məbləğdən ödənilir).


Kredit xətləri
Yaxşı kredit tarixçəsi olan müştərilər AccessBank-da uzun müddətli kredit xətti aça bilər ki, bu da eyni zamanda bir neçə kreditin alınması və ya müxtəlif şərtlərlə kreditlərin paralel alınmasını mümkün edir. Kredit xətləri bank və müştəri arasında uzunmüddətli əməkdaşlıq üçün əsas yaradır. Kredit xəttinin şərtləri və üstünlükləri barədə ətraflı məlumatı bankın kredit mütəxəssislərindən ala bilərsiniz.


Aqrokreditlər
AccessBank kənd təsərrüfatı və ona yaxın sahədə sahibkarlıqla məşğul olan müştərilərinə aqrokreditlər təklif edir. Bu kredit növü müştərilərin ehtiyaclarına cavab verir və bu biznes üçün uyğun olan ödəniş sxeminin seçilməsi imkanına malikdir.
• Məbləğ: 100 ABŞ dolları – 20 000 ABŞ dolları və ya bu məbləğin AZN ekvivalenti;
• Müddət: 36 aya qədər;
• Faiz dərəcəsi: ayda 2,25% - 2,75% (AZN və ABŞ dollarında verilən kreditlər üçün);
• Kredit üzrə komissiya haqqı: 1% - 2%;
• Girov: girov qismində daşınmaz əmlak, nəqliyyat vasitəsi, ev əşyaları, anbarda olan məhsul və ya zamin çıxış edə bilər;
• Ödəniş: ayda bir dəfə və ya iki həftədə bir dəfə bərabər hissələrlə (kreditin faizi yalnız qalmış məbləğdən ödənilir);
• Tranş və güzəştli müddət imkanı mövcuddur.