İstehlak kreditləri
AccessBank-ın təklif etdiyi istehlak kreditləri vasitəsi ilə məişət texnikası, mobil telefonlar, kompüterlər, avtomobillər, eləcə də naqd pul əldə etmək mümkündür. Kreditin rəsmiləşdirilməsinə, orta hesabla, 20 dəqiqə vaxt sərf edilir və bu zaman heç bir əlavə xərc tələb olunmur.
PEŞƏKAR KREDİT
2009-cu ilin aprel ayında AccessBank istehlakçılara «Peşəkar kredit» təqdim etdi. Bu məhsul nağd kredit almaq imkanı verir. İlk növbədə, yalnız həkimlər və müəllimlər üçün nəzərdə tutulmuş «Peşəkar kredit» sonradan müxtəlif sahələrdə çalışan mütəxəssislər üçün də əlverişli olub.
Kreditin şərtləri:
• Kreditin valyutası: AZN/USD;
• Məbləğ: 5 000 ABŞ dollarınadək (yaxud, bu məbləğin manatla ekvivalenti);
• Müddət: 24 ayadək;
• Aylıq faiz dərəcəsi: 3 %;
• Girov: tələb olunmur.
Zəruri sənədlər:
• Şəxsiyyət vəsiqəsi;
• İş yerindən arayış.
Üstünlükləri:
• Kreditin tezliklə alınması;
• Kreditin istənilən məqsədlərlə verilməsi;
• Kreditin alınması üçün təqdim edilməli olan sənədlərə dair minimum tələblər;
• Kredit üzrə sərfəli faizlər.
ZƏMANƏTLİ KREDİT
Sizə ucuz kredit lazımdır və bu zaman Siz onu mümkün qədər tez bir zamanda rəsmiləşdirmək istəyirsiniz? AccessBank rezidentlərə və AccessBank-a depozit yatırmış qeyri-rezidentlərə sərfəli şərtlərlə kreditlər təklif edir.
Siz nəyi əldə edirsiniz:
• Depozitinizin 80%-i həcmində kredit
• Fərdi yanaşma – kreditin maksimal həcmi və müddəti, girov qismində çıxış edən depozitin şərtlərinə müvafiq surətdə müəyyən olunur;
• Uzunmüddətli kredit almaq imkanı – kreditin bitməsinin maksimal müddəti depozit müqaviləsinin müddətinin bitməsindən 1 ay əvvələdək ola bilər (yəni sonrakı 5 il ərzində depozit müqaviləsi bağlamış müştərilər, müvafiq olaraq, 4 il 11 ay müddətinə kredit ala bilərlər).
Üstünlükləri:
• Kreditin tezliklə və asanlıqla alınması;
• Kreditin istənilən məqsədlərlə verilməsi;
• Kreditin alınması üçün yalnız şəxsiyyət vəsiqəsinin tələb olunması;
• Kredit üzrə minimal faizlər ödəməyə imkan verən sərfəli şərtlər;
• Üçüncü şəxsin depozitini girov qoymaq imkanı;
• Paralel kreditlər almaq imkanı;
• Daimi müştərilərin güzəştli şərtlərdən yararlanmaq imkanı.
AVTOKREDİT 2007-ci ilin iyun ayından etibarən AccessBank öz müştərilərinə şəxsi avtomobil əldə etmək imkanı verir. İstənilən avtomobil salonundan avtomobil seçərək Siz kredit almaq üçün öz sənədlərinizi Banka təqdim edə bilərsiniz.
Kreditin məbləği: 30 000 ABŞ dollarınadək (yaxud, bu məbləğin manatla ekvivalenti);
Kreditin müddəti: 36 ayadək;
Faiz dərəcəsi: İllik 18% (36 ayadək);
Kredit üzrə komission haqqı: kreditin məbləğinin 1% həcmində (heç bir digər xərclər tələb olunmur).
Üstünlükləri:
• Kreditin tezliklə alınması;
• Əhatəli seçim imkanı;
• Minimal sayda sənədlər;
• Kreditlər üzrə sərfəli faizlər.
|