Əmanətlər

Pulunuzu həm yığmaq, həm də artırmaq istəyirsiniz? “AccessBank”ın təklif etdiyi depozitlərdən özünüzə uyğun olanı seçin! AccessBank-da əmanət hesabı açmaqla Siz, eyni zamanda, öz kapitalınızı sığortalayır və onu sərfəli şərtlərlə artırırsınız! 

 

2007-ci ilin avqust ayından etibarən AccessBank Depozitlərin Sığortalanması Fondunun üzvüdür

"MÜDDƏTLI ƏMANƏT"

Birinci olmaq, qələbənin sevincini duymaq, düzgün seçim edənlərə nəsib olur.
50 AZN (ABŞ dolları, AVRO)-dan başlayaraq istənilən məbləği 6 aydan - 5 ilə kimi olan müddətə banka yatırın və ödəniləcək faizləri hansı formada alacağınızı özünüz seçin – faizlər Sizə, istəyinizə uyğun olaraq, hər ay, yaxud müddətin sonunda ödənilə bilər.

 

* Faizlərin aylıq ödənildiyi təqdirdə faiz dərəcəsi cədvəldə göstərildiyindən 0,5% aşağı olacaq

 

 

* Faizlərin aylıq ödənildiyi təqdirdə faiz dərəcəsi cədvəldə göstərildiyindən 0,5% aşağı olacaq 

Bu əmanət növündə effektiv faiz dərəcəsi nominal faizdən fərqlənir. Məsələn: 5000 AZN məbləği üçün 5 il müddətinə təklif olunan faiz dərəcəsi 8.6%-dir.

 

"YIĞIM ƏMANƏT"

Pulunuzu yığmaq üçün əla fürsət!
Hər zaman görmək istədiyiniz ölkəyə səyahət etmək, evinizə yeni avadanlıq almaq, avtomobil əldə etmək və s. istəyirsinizsə, “Yığım Əmanət”-dən yararlanın, pul yığın və xəyallarınızı gerçəkləşdirin!
Bu əmanət növünü seçərkən əmanətin müddətindən tutmuş, aylıq yatırım məbləğinə qədər özünüz təyin edirsiniz və sonda seçdiyiniz plana vaxtlı-vaxtında əməl etdikdə artan pulunuzla bərabər, bonus da alırsınız.
 

“Yığım Əmanət” hesabının üstünlükləri:

• Yüksək faiz dərəcəsi;
• Əlverişli olması (ilkin yatırım məbləği cəmi 50 AZN, ABŞ Dolları və ya AVRO);
• Bonus və daha çox faiz qazanmaq imkanı;
• Əlavə yatırım üçün minimal məbləğinin cəmi 5 AZN, ABŞ Dolları və ya AVRO-dan başlaması;

 

 

* AVRO-da əmanət hesabları minimum 1 ilə açılır.

 


 

“ƏLVERİŞLİ ƏMANƏT

Vəsaitinizdən həm gəlir əldə etmək, həm də ondan azad şəkildə istifadə etmək (istədiyiniz zaman pul çıxarmaq və ya əlavə etmək) istəyirsinizsə, “Əlverişli Əmanət” məhsulundan yararlanın!
Bu əmanət növündə nə müddətə, nə də əlavə olunan məbləğə heç bir məhdudiyyət qoyulmur!
Arzuladığınız valyuta və məbləği seçin – pulunuzdan istədiyiniz kimi istifadə edin!


Üstünlüklər:

• Minimal ilkin yatırım məbləği cəmi 50 Manat, ABŞ dolları və ya Avro;
• Minimal əlavə yatırım məbləği cəmi 5 Manat, ABŞ dolları və ya Avro;
• İstənilən zaman əmanət hesabından hər hansı məbləğin çıxarılması;
• İstənilən zaman əmanət hesabına istənilən məbləğin əlavə olunması;
• Bu əmanət növü üçün faiz dərəcəsi ödənilir – Manat və ya ABŞ dolları üçün illik 6%, Avro üçün 3%;
• Əmanət hesabı qeyri-məhdud müddətə açılır (müştəri hesabı özü istədiyi zaman bağlatdıra bilər);
• Faizlər aylıq ödənilir;
• Müştəri tərəfindən faizlər aylıq çıxarılmadıqda, həmin faizlərin də üzərinə faiz hesablanır (faizlərin kapitalizasiyası baş verir).

 

* Əmanət hesabından vəsait çıxarılarkən illik faiz dərəcəsinin 1/12 həcmində komissiya tutulur.