Depozit qutuları

AccessBank arzu edən bütün resident və qeyri-rezident hüquqi və fiziki şəxslərə müasir mühafizə sistemləri ilə təchiz olunmuş individual seyflər (depozit qutuları) icarəyə verir. Bu xidmət məzuniyyət və tətil zamanı xüsusi əhəmiyyət kəsb edir, çünki AccessBank-ın depozit qutuları pulların, qiymətli əşyaların və vacib sənədlərin qorunub saxlanması üçün ən etibarlı yerdir.

AccessBank-ın qutularının üstünlükləri:
• Azərbaycan vətəndaşlarına və xarici vətəndaşlara təqdim olunur;
• Müasir mühafizə sisteminə və yüksək təhlükəsizlik səviyyəsinə malikdir;
• İki növ – böyük və kiçik seyflər təqdim olunur;
• Qutular yalnız iki açarın bir yerdə olduğu halda bağlanır və açarlardan biri müştəridə olur;
• Qutularda saxlanılan əşyalar barədə məlumatlar məxfi saxlanılır.

 

Qutunun ölçüsü İcarə müddəti
15 gün
1 ay
6 ay
12 ay
Kiçik 5 AZN 10 AZN 50 AZN 100 AZN
Böyük 10 AZN 20 AZN 100 AZN 200 AZN
Açarların itirilməsinə görə cərimə 50 AZN