|

|
2011-ci il noyabr ayında The Banker jurnalı AccessBank-ı «Azərbaycanda ilin bankı» adına layiq görüb. The Banker jurnalı dünyanın hər bir regionundan 147 ölkə arasında ən qabaqcıl, yaradıcı, dayanıqlı bankları qeyd edir. |
|

|
Euromoney Nəşriyyat Qrupu 2011-ci il iyul ayında AccessBank-ı Azərbaycanın ən yaxşı bankı adına layiq görüb. Bu nominasiyada bank artıq ikinci ildir ki, bu mükafatı qazanır. Maliyyə dünyasında ən nüfuzlu sayılan Euromoney mükafatı, dünyanın 100-dən artıq ölkəsinin bank və maliyyə institutuna təqdim olunur. |
|

|
AccessBank inkişaf etdikcə, müştərilərin tələbatlarını ödəmək məqsədi ilə, özünü təkcə Azərbaycan bankları ilə deyil, həmçinin bütün dünyanın maliyyə təşkilatları ilə müqayisə edərək daim öz məhsullarının və xidmətlərinin keyfiyyətini artırmağa çalışır. Aktivlərin artımı, mənfəətlilik, müştəri xidmətləri, rəqabətli qiymətqoyma və istehsal innovasiyası göstəricilərinin maliyyə analizi əsasında 2011-ci ilin may ayında Global Finance Jurnalı AccessBank-ı “Azərbaycanın ən yaxşı bankı” adına layiq görüb. |
|

|
2010-ci il oktyabrın 21-də «Standard & Poor’s» Reytinq Agentliyi, Azərbaycan Banklarının ilkin “İnformasiya şəffafliğinin tədqiqatı”nda (T&D) AccessBank-ı «Azərbaycanın ən şəffaf bankı» adına layiq görüb. Bu tədqiqat, bank aktivləri cəminin 96%-nə malik olan 30 ən böyük Azərbaycan bankını əhatə edir və burada hamı tərəfindən nəzərdən keçirilə biləcək illik hesabatlar, İnternetdə yerləşdirilmiş məlumatlar, eləcə də ictimai idarəetmə hesabatları öz əksini tapır. |
|

|
2010-cu ildə AccessBank Euromoney nəşriyyat qrupu tərəfindən “Azərbaycanın ən yaxşı bankı” adına layiq görülüb. Dünyanın ən nüfuzlu mükafatlarından biri olan Euromoney 100-dən artıq ölkədə aparıcı banklara və maliyyə institutlarına verilir. Bu mükafatın verilməsi zamanı, iqtisadiyyatın diversifikasiyasına, iş yerlərinin yaradılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına kömək etmək məqsədi ilə AccessBank-ın orta və aşağı gəlirli Azərbaycan ailələrinə xidmət göstərmək cəhdi qeyd olunub. |
|
.jpg)
|
2010-ci il iyunun 4-də, Mikromaliyyələşdirmə Mərkəzinin (MFC) Qazaxıstanda keçirilmiş illik konfransında АccessBank Müştərilərin Mühafizəsi və müştərilərin ifrat borclanmasının qarşısının alınması sahəsində təcrübəsinə görə mükafat alıb. |
|

|
2010-ci il mayın 24-də, mikromaliyyə sektorunda biznes sahəsi üzrə informasiya xidmətlərinin aparıcı təchizatçısı Microfinance Information Exchange (MIX), AccessBank-ı özünün ən yüksək reytinqi olan «beş brilyantla» mükafatlandırıb. |
|

|
2010-ci il fevralın 22-də Azeri Business Award mükafatının təqdimat mərasimində AccessBank İdarə Heyətinin sədri, doktor Andrev Pospielovsky «İlin bankiri» nominasiyası üzrə mükafatlandırılıb. Bankın rəhbəri, ümumdünya maliyyə böhranı dövründə Azərbaycan vətəndaşlarının milli bank sektoruna inamının möhkəmlənməsinə verdiyi böyük töhfəyə görə bu mükafata layiq görülüb. |
|

|
2010-ci il fevralın 15-də Azərbaycan Mikromaliyyə Assosiasiyası AccessBank-ı “Ən yaxşı işəgötürən Mikromaliyyə İnstitutu” qismində mükafatlandırıb. Bu mükafatın verilməsini şərtləndirən amil ondan ibarətdir ki, AccessBank-ın kadr siyasəti, əksər hallarda, bank sahəsində iş təcrübəsi olmayan universitet məzunlarının işə qəbul olunması prinsipi üzərində qurulub. |
|

|
2009-ci il iyunun 5-də beynəlxalq «Financial Times» nəşri AccessBank-ı Şərqi Avropanın inkişaf edən ölkələrində ən sabit banklardan biri kimi tanıyıb. Bu mükafat, öz fəaliyyətində liderlik və innovasiya nümayiş etdirmiş banklar və maliyyə təşkilatları üçün nəzərdə tutulub.
|
 |
2009-ci il yanvarın 8-də Microfinance Information Exchange, Inc. (MIX) tərəfindən AccessBank ən yaxşı mikromaliyyə institutları siyahısında 41-ci yerə layiq görülüb. Bu reytinq Mikromaliyyə Təşkilatlarının çoxtərəfli fəaliyyətində səmərəlilik, effektivlik və şəffaflıq göstəricilərinə əsaslanır.
|
|

|
2008-ci il sentyabrın 23-də Azərbaycan Micromaliyyə Assosiasiyasının konfransında AccessBank-ın aqrar kreditləri “Ən yaxşı yeni məhsul” nominasiyasında mükafat alıb. Bu kreditlər fermerlər və fermer təsərrüfatları, eləcə də kənd təsərrüfatı ilə əlaqədar bizneslə məşğul olan şəxslər üçün nəzərdə tutulub.
|