Internet bankinq

Xüsusi ayrılmış xətt və ya modem vasitəsi ilə internetə qoşulmanızdan asılı olmayaraq, AccessCONNECT bank hesabına çıxışınızı əvvəl olduğundan dəfələrlə asan edəcək.

AccessCONNECT, sizə bank hesabınızı İnternet vasitəsi ilə idarə etməyə imkan verəcək. Sadəcə olaraq İnternet şəbəkəsinə qoşulan kompüterin olması kifayətdir.

 

 
Sistemdə işləmək üçün lazımdır:
• İnternet şəbəkəsinə qoşulmuş kompüter;
• Bankdan aldığınız elektron sertifikat.

 

AccessCONNECT-dən istifadə etməklə, aşağıdakıları edə biləcəksiniz:
• Bankda olan bütün hesablardakı balans haqqında məlumat almaq imkanı;
• Hesabların açıldığı tarixdən etibarən istənilən dövr üçün çıxarışları nəzarət altında saxlamaq imkanı;
• Bankda valyuta məzənnələri haqqında informasiya almaq imkanı;
• Bankla informasiya mübadiləsi aparmaq imkanı.
(*) informasiya cari tarixdən əvvəlki tarix üçün əks olunur (yəni dünənki gün üçün).

 

İşinizin təhlükəsizliyi:
AccessCONNECT sistemində çoxsəviyyəli müdafiə sistemi istifadə olunur:
• İnternet vasitəsilə qoşulduqda Bank sizi rəqəmsal sertifikatınız əsasında tanıyır;
• Sistemə yalnız sizə məlum olan giriş şifrəsini düzgün göstərdikdən sonra daxil ola bilərsiniz;
• İnternet-bankinqdаkı bütün məlumat İnternet şəbəkəsi ilə SSL-protokolu (“müdafiə olunmuş qoşulmalar təbəqəsi”) tərəfindən yaradılan müdafiə olunmuş kanal üzrə ötürülür – informasiya kənardan sanksiyalaşdırılmamış girişdən etibarlı şəkildə müdafiə olunub.


Qoşulma üçün lazımdır:
• AccessBank-da hesab sahibi olmaq;
• Zəruri sənədləri imzalayıb Banka göndərmək;
• Bankda rəqəmsal sertifikat, istifadəçi adı və şifrə almaq.

 

“AccessCONNECT” sisteminin qoşulması və xidmət olunması tarifləri:

 
Fiziki şəxslər üçün
Hüquqi şəxslər üçün
Lisenziyaların qiyməti (birdəfəlik)
3 AZN
6 AZN
Müşayiət (illik)
15 AZN
15 AZN
Ümumi dəyər
18 AZN
21 AZN


Daha ətraflı məlumatı bankın filiallarında və ya 151 telefonu ilə almaq olar.

Yüklənməli sənədlər:
Müştərinin təlimatı (200 KB) >>
Tipik xidmət müqaviləsi (104 KB) >>