Akkreditivlər və zəmanət məktubları

Avropa Yenidənqurma və İnkişaf Bankının “Trade Facilitation Programme” (Ticarətə yardım proqramı) proqramı çərçivəsində AccessBank Azərbaycan vətəndaşlarına və sahibkarlara, akkreditivlər və zəmanət məktubları kimi müasir ticari maliyyə məhsulları təklif edir. Azərbaycan dünya iqtisadiyyatına inteqrasiya etdikcə əhəmiyyəti artan bu xidmətlər bizim müştərilərimizə beynəlxalq, eləcə də Avropa tərəfdaşları ilə də bərabər hüquqlu əməkdaşlıq etmək imkanı verir.


Zəmanət növləri Bank aşağıdakı maddələrə görə məsuıiyyət daşıyır
Təklif zəmanəti və ya tender zəmanəti
(Bid bond or Tender guarantee)
İştirakçı tərəfindən tenderin yerinə yetirilməsi haqqında zəmanət
Əvvəlcədən ödəmənin zəmanəti
(Advance payment guarantee)
Müqaviləyə əməl olunmaması zamanı tədarükçü tərəfindən əvvəlcədən alınan ödəmənin geri qaytarılması
İcra zəmanəti
(Performance guarantee)
Tədarükçü tərəfindən müqavilədə göstərilmiş vəzifələrin yerinə yetirilməsi
Ödəmə üzrə zəmanət Alıcı tərəfindən müqaviləyə uyğun olaraq ödənişin edilməsi