 |
|
.jpg)
|
Nağd kreditlər
“Sizin Yerli Avropa Bankınız“ – AccessBank, öz müştərilərinin rifah halı və rahatlığının qayğısına qalaraq daha universal və əlverişli olan “Nağd kredit” istehlak kredit növünü təqdim edir. Bundan sonra müxtəlif peşə sahibləri AccessBank-da kreditin rəsmiləşdirməsinə minimal vaxt sərf edərək nağd şəkildə kredit ala bilərlər.
Kredit şərtləri:
• Məbləğ: 5 000 ABŞ dollarına qədər;
• Müddət: 24 aya qədər;
• Aylıq faiz dərəcəsi: 3%;
• Komissiya haqqı: 1%;
• Girov: tələb olunmur.
Kreditin rəsmiləşdirməsi üçün tələb olunan sənədlər:
• Şəxsiyyət vəsiqəsi;
• İş yerindən arayış.
Üstünlüklər:
• Kreditin qısa bir zamanda verilməsi;
• Kredit üzrə sərfəli faizlər;
• Kreditin rəsmiləşdirməsi zamanı minimal bank xərcləri (cəmi 1%);
• Vaxtından əvvəl ödəmə imkanı.
Kredit kimlərə verilir?
Bu kredit dövlət sektorunda, eləcədə icra hakimiyyəti, qanunvericilik, məhkəmə orqanları və digər dövlət təşkilatlarında, həmçinin özəl sektorda, neft, kommunikasiya, aviasiya sektoru və audit şirkətlərində çalışanlar üçün nəzərdə tutulub.
Təşkilatların tam siyahısı ilə burada tanış ola bilərsiniz.
Siyahı mütəmadi olaraq yenilənəcək.
NÜMUNƏ: 1000 ABŞ dolları məbləğində kreditin 12 ay müddətinə ayda 1 dəfə ödəniş etmək şərti ilə ödəniş planı:
| Müddət |
Aylıq
ödəniş
|
Müddət |
Aylıq
ödəniş |
| 1-ci ay |
100,5 ABŞ dolları |
7-ci ay |
100,5 ABŞ dolları |
| 2-ci ay |
100,5 ABŞ dolları |
8-ci ay |
100,5 ABŞ dolları |
| 3-cü ay |
100,5 ABŞ dolları |
9-cu ay |
100,5 ABŞ dolları |
| 4-cü ay |
100,5 ABŞ dolları |
10-cu ay |
100,5 ABŞ dolları |
| 5-ci ay |
100,5 ABŞ dolları |
11-ci ay |
100,5 ABŞ dolları |
| 6-cı ay |
100,5 ABŞ dolları |
12-ci ay |
100,5 ABŞ dolları |
| 1000 ABŞ dolları + 206 ABŞ dolları = 1206 ABŞ dolları |
*Müştəri haqqında məlumatın təhlili zamanı bank əlavə sənəd tələb edə bilər və şərtlərdə dəyişikliklər oluna bilər.
Daha ətraflı məlumatı bankın filiallarında və ya 151 telefonu ilə almaq olar. |
 |