Plastik Kartlar
Sizin üçün hər zaman seçim var – Siz AccessBank plastik kartı əldə edə, yaxud nağd pulu üzərinizdə gəzdirməklə risk edə bilərsiniz. Access Bank plastik kartı əldə edə, yaxud öz xərclərinizə nəzarət etmək imkanından məhrum ola bilərsiniz. Bank kartı əldə edə, yaxud xarici səfərlər zamanı valyutanızı gömrük bəyannaməsində rəsmiləşdirə bilərsiniz. Plastik kart əldə edə, yaxud xarici ölkədə valyuta mübadiləsi məntəqəsi axtara bilərsiniz. Seçim Sizindir!
Plastik kart – universal ödəniş vasitəsi olaraq həftənin 7 günü, günün 24 saatı, Sizə pullarınızı rahatlıqla əldə etmək imkanı yaradır. Kağız pullardan fərqli olaraq plastik kartlar vasitəsi ilə Siz faktiki olaraq dünyanın istənilən ölkəsində mal və xidmətlər üzrə ödənişlər edə bilərsiniz. Siz öz pullarınızı yerli valyutaya mübadilə etməyəcəksiniz, çünki dəyişdirmə avtomatik olaraq baş tutacaq. Bundan əlavə, üzərinizdə plastik kartın olması, böyük məbləğdə nağd pul gəzdirməkdən daha rahat və təhlükəsizdir.
Bu kiçik plastik parçası müasir həyatı daha da asanlaşdırır!

|
|
VISA PLATINUM
VİSA İnternational ödəniş sisteminin elit ödəniş kartı. Bu kart sahibinin yüksək sosial statusunun simvoludur. Bu kart Bankın müştəriyə olan xüsusi hörmətinin göstəricidir. VİSA platinum karti – eksklyuziv servis səviyyəsi, geniş spektrli əlavə xidmətlər və müvafiq diqqət deməkdir. |

|
|
VISA GOLD
kartının sahiblərini dünyanın hər yerində VİP müştəri kimi qarşılayırlar, onlara fərqli, daha yüksək xidmət göstərirlər. Bu kart da öz növbəsində sahiblərinə rahatlıq və geniş imkanlar təqdim edir. |

|
|
VISA CLASSIC
plastik kartı vasitəsilə mal və xidmətlərin ödənişini həyata keçirmək mümkündür. VİSA Classic vaxtaşırı səyahət edən insanlar üçün əvəzolunmazdır. |

|
|
VISA ELECTRON
ödəmə sisteminin ən məşhur kartlarından biridir. Bu kart vasitəsilə kart sahibi bankomatlarda nağd pul çıxara və dünyanın hər yerində POS terminallarla təchiz olunmuş ticarət mərkəzlərində ödəmə əməliyyatları apara bilər. |

|
|
VISA BUSINESS
müəssisənin əsas və təsərrüfat fəaliyyəti ilə əlaqədar ezamiyyət, nümayəndəlik və s. xərclərin təşkili və nəzarəti üçün optimal vasitədir. Korporativ kart vasitəsilə ezamiyyət xərcləri (mehmanxana, avtomobil icarəsi, bilet sifarişi və s.), təsərrüfat ehtiyacları xərcləri (dəftərxana məmulatları və s.), müəssisənin başlıca fəaliyyəti ilə əlaqədar xərclər (mal alınması, təchizatçılarla hesablaşmalar) kimi ödənişləri həyata keçirmək mümkündür. |
| AccessBank plastik kartlarının əsas müsbət cəhəti onların multivalyutalı ola bilməsidir. |
AccessBank-ın VISA Gold, Classic və Electron multivalyutalı plastik kartlarının üstünlüyü bir kartda bir neçə valyutanın olması, qənaətcillik və hesablaşmada rahatlıqdır. Əgər bu kartın sahibisinizsə, müxtəlif valyutalar üçün bir neçə kart hesabı açmaq, hansı ölkədə hansı kartdan istifadə etmək, pulunuzun təhlükəsizliyini düşünməyə ehtiyac yoxdur. Tez-tez səyahət və ya ezamiyyətdə oldugundan 2-3 valyutadan istifadə edən müştərilər üçün bu kart səyahətin ayrılmaz hissəsidir. Multivalyutalı kart vasitəsilə avropada Avro, ABŞ-da dollar, Azərbaycanda isə manatdan istifadə etmək mümkündür.
2006-ci ilin noyabr ayında AccessBank VİSA sertifikasiyasını keçib və bu ödəmə sisteminin assosiativ üzvü olub. 2007-ci ilin yanvar ayında isə bank tərəfindən ilk debet VİSA kartı buraxılıb. O vaxtdan etibarən:
• SMS banking - mobil telefonla SMS vasitəsilə balans barədə məlumatlandırma;
• İNFO banking - elektron ünvan vasitəsilə balans barədə məlumatlandırma;
• Card-to-Card - bir kartdan digərinə bankomat vasitəsilə pul köçürmək imkanı xidmətləri mövcuddur;
• Plastik kart sahiblərinin zəng mərkəzi: Bakı ş. - 596-8296, regionlar - 012 596-8296.
|