Məvacib layihələri

 

Banktərəfindən təqdim olunan əmək haqqı layihələri, işçilərinin sayından asılı olmayaraq, hər bir müəssisəyə münasibdir. Əmək haqqının verilməsi prosesi tamamilə avtomatlaşdırılib
 

Əmək haqlarının AccessBank-ın plastik kartları vasitəsilə verilməsinin üstünlükləri:

• nağd pulun daşınması və kassa xidmətləri üçün xərclərin azaldılması;
• sadə sənədləşdirmə prosesi;
• işçi heyətinin əmək haqqı barəsində məlumatın məxfi saxlanması;
• maliyyə departamenti işçiləri və şirkət əməkdaşlarının iş vaxtına qənaət;
• rahatlıq (hətta xarici ölkədə səfərdə olarkən belə, işçilər asanlıqla əmək haqlarını ala bilərlər).

VISA ödəmə sisteminə məxsus (Electron\Classic) plastik kartların paylanılması mərkəzləşdirilmiş şəkildə müəssisənin ərazisində həyata keçirilir.
Tərəflər arasında razılaşma olduğu halda, müəssisənin ərazisində bankomatın və ya banka məxsus əməliyyat kassasının yerləşdirilməsi də mümkündür.