open video

Cari hesab

AccessBank Sizə bankımızda cari hesab açmağı təklif edir. Siz həmin hesabdan gündəlik maliyyə əməliyyatları üçün (kommunal xidmətlərin ödənilməsi, kredit ödənişi və s.) və ya pul vəsaitlərinin köçürülməsi üçün istifadə edə bilərsiniz.

 

Həmçinin, cari hesabda müddətsiz qaydada pul vəsaitləri saxlamaq və həmin vəsaitləri istənilən vaxt hesabdan çıxarmaq mümkündür. Cari hesabla əlaqədar bütün əməliyyatlar hesabdakı pul vəsaitlərinin faktiki məbləği çərçivəsində aparılır.

Cari hesablar bir çox məqsədlər üçün istifadə oluna bilər:

  • pul vəsaitlərinin saxlanması, artırılması və çıxarılması;
  • pul vəsaitlərinin müxtəlif məqsədlərlə ölkənin və dünyanın istənilən nöqtəsinə göndərilməsi;
  • əmək haqqının, sosial yardımın, əmanət faizlərinin hesaba qəbul edilməsi;
  • kommunal ödənişlərin, mobil və İnternet rabitə xidmətlərinin həyata keçirilməsi;
  • malların və xidmətlərin ödənişi;
  • kreditlərin ödənilməsi;
  • və digər maliyyə əməliyyatları.

 

Bu xidmətdən istənilən fiziki şəxs – həm rezident, həm də qeyri-rezident istifadə edə bilər. Əməliyyatlar istər milli, istərsə də xarici valyutada (ABŞ dolları (USD), Avro (EUR), rus rublu (RUR) aparıla bilər.

 

Fiziki şəxslər üçün hesabların açılması və aparılması şərtləri:

  • hesab açmaq və hesab üzrə əməliyyat aparmaq üçün şəxsiyyəti təsdiqləyən sənədi təqdim etmək lazımdır;
  • hesabın ilk əvvəl harada açılmasından asılı olmayaraq, hesab üzrə əməliyyatı Bankın istənilən filialında həyata keçirmək olar.

 

Cari hesab üzrə tariflər: yüklə

Fiziki şəxslər

KREDİT KALKULYATORU
KREDİT SİFARİŞİ
ALIŞ
$ USD 1,8030
€ EUR 1,9009
£ GBP 2,1250
SATIŞ
1,8850
2,0065
2,2775

Mükafatlar

AccessBank-ın təltif olunduğu mukafatlarla burada tanış ola bilərsiniz.

Müraciət

Şikayət və ya təkliflərinizlə bizimlə bölüşmək üçün bu səhifəyə daxil olun

Xəbərlər arxivi

Bu səhifədə Siz, Bankın xəbərləri ilə tanış ola bilərsiniz.

KİV-Mərkəzi

Burada Siz yeniliklər, reklam xarakterli məlumatlar və digər materiallarla tanış ola bilərsiniz.

Vakansiyalar

Cari vakansiyalar barədə məlumat almaq üçün elanlarımızı izləyin.

AccessQazanc

Nağdsız ödəniş edərkən pul qazanmaq?!