Şərtlər:
- Təcili pulköçürmə sistemlərindən yalnız fiziki şəxslər istifadə edə bilərlər;
- Göndərdiyiniz pul dünya miqyaslı təhlükəsizlik sistemi tərəfindən mühafizə olunur və pulunuzun vaxtında və yalnız göndərilən adama çatacağına zəmanət verir;
Pulunuzu həmçinin cari hesabınızdan istifadə edərək, XÖHKS, AZİPS (yalnız manatla) və SWIFT (yalnız xarici valyutada) sistemləri vasitəsilə hesabdan hesaba göndərə bilərsiniz.
Müştəri Xidmətləri Departamentində çalışan işçi heyətimiz sizə ən sərfəli pulköçürmə sistemini seçməkdə yardımçı olacaq. Aşağıda AccessBank-da fəaliyyət göstərən dünyanın aparıcı pulköçürmə sistemləri ilə tanış ola bilərsiniz.