open video

Sənədli əməliyyatlar

AccessBank xarici ticarət əməliyyatlarına xidmət göstərilməsi və sənədli əməliyyatlar xidməti sahəsində Azərbaycanın təcrübəli banklarından biridir. Azərbaycanın xarici ticarət sahəsində əsas tərəf-muqabilləri olan ölkələrin aparıcı bankları ilə, Avropa Yenidənqurma və Inkişaf Bankının “Trade Facilitation Programme” və Asiya İnkişaf Bankının “Trade Finance Facilitation Programme” çərçivəsində əməkdaşlığı daima inkişaf etdirilir.

 

AccessBank sənədli əməliyyatların aşağıdakı növlərini təklif edir:

  • Akkreditivlər;
  • Bank qarantiyaları.

 

Akkreditiv - xarici ticarət əməliyyatları üzrə ümumi qəbul olunmuş ödəniş üsuludur və dünyanın bir çox ölkələrində mövcud olan daha çevik və təhlükəsiz hesablaşma formasıdır. Sənədli akkreditivin istifadəsi əvvəlcədən ödəniş etməməyə imkan verir. Hesablaşmanın bu forması həm mal və ya xidmət satıcısının, həm də alıcının maraqlarını yüksək dərəcədə qoruyur.

 

İdxal edən (alan) tərəf üçün üstünlükləri:

  • Sizə zəmanət verilir ki, ödəniş yalnız satıcı tərəfindən müqavilə şərtlərinə əsasən, öz öhdəlikləri tam yerinə yetiriləndən sonra həyata keçiriləcək;
  • Likvid vəsaitlərdən istifadə etmədən, malların və xidmətlərin ödənişinə möhlət almaq imkanı;
  • Siz açılmış akkreditivin vaxt hüdudlarına istinad edərək, malların müəyyən vaxt dövründə çatdırılmasına əmin ola bilərsiniz;
  • Bütün sənədlərin diqqətlə yoxlanılmasına əmin olacaqsınız.

İxrac edən (satan) tərəf üçün üstünlükləri:

  • Alıcının ödəniş etməkdən yayınması, alıcının müflis olması risklərini aradan qaldırmış olursunuz - akkreditivin şərtlərinə müvafiq sənədlər banka təqdim edildiyi halda ödənişin ən qısa zamanda bank tərəfindən ediləcəyinə əmin olursunuz.

AccessBank aşağıdakı akkreditiv növlərini təklif edir:

  • Birbaşa akkreditiv;
  • Təsdiqlənmiş akkreditiv;
  • “Stand-by” akkreditiv

 

Bank qarantiyaları - İki biznes tərəfdaşı arasında bağlanmış müqavilə əsasında birinin digəri qarşısında öhdəliklərinin, təminat üsuludur. Bank, qarantiya ilə nəzərdə tutulmuş məbləğin, zəmanət şərtlərinə uyğun yazılı tələb təqdim olunduqda ödənilməsi öhdəliyini öz üzərinə götürür. Qarantiya ödəniş aləti deyil və zəmanət üzrə ödəniş müştəri öhdəliklərini yerinə yetirmədikdə aparılır. Bank qarantiyasından istifadə edildikdə, ödəniş əvvəlcədən deyil, çatdırılmadan sonra və ya hissə-hissə ödənilir.

 

AccessBank aşağıdakı qarantiya növlərinı təklif edir:

  • Tender qarantiyası;
  • İşlərin yerinə yetirilməsi üzrə qarantiya;
  • Avans ödənişinin qaytarılması üzrə qarantiya;
  • Ödəniş qarantiyası;
  • Kontr-qarantiya.

Hüquqi şəxslər

KREDİT KALKULYATORU
KREDİT SİFARİŞİ
27.06.2017
NAĞD NAĞDSIZ
ALIŞ
$ USD 1,6900
€ EUR 1,8524
£ GBP -
₽ RUB -
SATIŞ
1,7040
1,9094
-
-

Mükafatlar

AccessBank-ın təltif olunduğu mukafatlarla burada tanış ola bilərsiniz.

Müraciət

Şikayət və ya təkliflərinizlə bizimlə bölüşmək üçün bu səhifəyə daxil olun

Xəbərlər arxivi

Bu səhifədə Siz, Bankın xəbərləri ilə tanış ola bilərsiniz.

KİV-Mərkəzi

Burada Siz yeniliklər, reklam xarakterli məlumatlar və digər materiallarla tanış ola bilərsiniz.

Vakansiyalar

Cari vakansiyalar barədə məlumat almaq üçün elanlarımızı izləyin.

AccessQazanc

Nağdsız ödəniş edərkən pul qazanmaq?!

Ən sərfəli təkliflər və xəbərlər barədə məlumatları birinci almaq istəyirsiniz?
АccessBank-ın yeniliklərinə abunə olun!

Ad və soyad daxil edin!
Düzgün e-mail ünvan daxil edin!
Düzgün e-mail ünvan daxil edin!
Siz uğurla abunə oldunuz!