Vakansiyalar
AccessBank-ın uğurunun əsasını yüksək ixtisaslı kadrlar təşkil edir. Uzunmüddətli karyera yüksəlişi planları, bank daxilində müvəffəqiyyət qazanmaq imkanları, mütəmadi seminar və treninqlər, eləcə də stimullaşdırıcı ödəniş sistemi AccessBank-ın kadr siyasətinin özəyini təşkil edir. Bankın sürətli inkişafı və filiallar şəbəkəsinin genişlənməsi ilə əlaqədar olaraq daima savadlı kadr axtarışındayıq.
AccessBank-da çalışmağın üstünlükləri:
• Azərbaycanın qabaqcıl özəl banklarından birində uzunmüddətli çalışmaq imkanı;
• Gənc, fəal va təcrübəli mütəxəssislərlə əməkdaşlıq etmək imkanı;
• Şəxsi fəaliyyətə əsaslanan mükafatlandırma sistemnini özünə daxil edən rəqabətcil əmək haqqı;
• Mütəmadi seminar va treninqlər vasitəsilə ixtisası artırmaq imkanı;
• Daim genişlənən biznesdə karyera yüksəlişi imkanı;
• Tibbi sığorta və digər müavinətlər;
• Hər iki cins nümayəndələri və bütün etnik qruplar üçün bərabər imkanlar.
Namizədlər qarşısında qoyulan tələblər:
• Ali təhsil
• Azərbaycan dilini səlist bilmək (rus va inglis dillərinin biliyinə üstünlük verilir)
• Kompüter proqramları ilə işləmək bacarığı;
• Ünsiyyət qurmaq bacarığı.
Cari vakansiyalar barədə məlumat almaq üçün qəzet və jurnallarda nəşr olunan iş elanlarımızı izləyin!
Maraqlananlar, tərcümeyi-hallarını (CV) istənilən filialda doldura və ya bankın cv@accessbank.az elektron ünvanına göndərə bilərlər.
|