open video

"AccessBank" və "ASAN Könüllüləri" AİM layihəsinə yekun vurub

Sonuncu tədbir Bakının Binəqədi rayonunda yerləşən 276 saylı orta məktəbdə keçirilib. Tədbirdə 200-dən çox 9-11 sinif şagirdləri iştirak edib ki, onlara ixtisas seçimi, müasir və innovativ texnoloji yeniliklər, sosial şəbəkələrdən faydalı istifadə, dünya trendlərinə düzgün qoşulma, yaradıcı, məntiqi təfəkkürün inkişaf etdirilməsi, özünüinkişaf mövzularında təlimlər keçirilib.

 

Tədbiri giriş sözü ilə açan "AccessBank"ın Korporativ bankçılıq/Marketinq departamentlərinin direktoru Günay Cəlilova bildirib ki, bu layihənin keçirilməsində əsas məqsəd şagirdlərə ixtisas seçimində dəstək olmaq, onları yeni trendlərlə tanış etməklə yanaşı, qarşıya düzgün məqsədin qoyulması və ona çatmaqda motivasiya verməkdir. İndiyədək ölkənin 6 bölgəsində analoji təlimlərin keçirildiyini deyən departament rəhbəri əlavə edib ki, layihə ümumilikdə 2000-dən çox şagirdi əhatə edib: "Bir aydan çoxdur sevə-sevə reallaşdırdığımız layihənin sonuna çatdıq. Bu müddət ərzində ölkənin bölgələrini qarış-qarış gəzərək ixtisas seçimi astanasında olan şagirdlərlə ünsiyyət zamanı anladıq ki, bizim doğrudan da işıqlı gələcəyimiz var. Məhz bunun nəticəsində işimizdən daha çox zövq aldıq. Gələcəyə, yəni siz gənclərə yatırım etmək bizim üçün olduqca vacibdir və bu işi sevə-sevə davam etdirəcəyik".

 

Daha sonra təlimlərə start verilib. Təlimləri "AccessBank" və "ASAN Könüllüləri" təşkilatının nümayəndələri aparıblar.

 

Ardınca təlimlərdə iştirak edən şagirdlərin sualları cavablandırılıb. Təlimlərə maraq olduqca böyük idi və bunun nəticəsi kimi, şagirdlərin əksəriyyəti aktivliyi ilə seçilirdi.

 

Yekunda şagirdlərə hədiyyələr və trenddə olan kitablar paylanılıb.

 

Xatırladaq ki, aprel ayının 5-dən etibarən start götürən təlimlər Şirvan, Sabirabad, Masallı, Cəlilabad, İsmayıllı, Qəbələ rayonlarında keçirilib.

 

 

İlin xəbər arxivi

KREDİT KALKULYATORU
KREDİT SİFARİŞİ
16.08.2018
NAĞD NAĞDSIZ
ALIŞ
$ USD 1,6990
€ EUR 1,8869
£ GBP -
₽ RUB -
SATIŞ
1,7030
1,9447
-
-

Mükafatlar

AccessBank-ın təltif olunduğu mukafatlarla burada tanış ola bilərsiniz.

Müraciət

Şikayət və ya təkliflərinizlə bizimlə bölüşmək üçün bu səhifəyə daxil olun

Xəbərlər arxivi

Bu səhifədə Siz, Bankın xəbərləri ilə tanış ola bilərsiniz.

KİV-Mərkəzi

Burada Siz yeniliklər, reklam xarakterli məlumatlar və digər materiallarla tanış ola bilərsiniz.

Vakansiyalar

Cari vakansiyalar barədə məlumat almaq üçün elanlarımızı izləyin.

AccessQazanc

Nağdsız ödəniş edərkən pul qazanmaq?!

Ən sərfəli təkliflər və xəbərlər barədə məlumatları birinci almaq istəyirsiniz?
АccessBank-ın yeniliklərinə abunə olun!

Ad və soyad daxil edin!
Düzgün e-mail ünvan daxil edin!
Düzgün e-mail ünvan daxil edin!
Siz uğurla abunə oldunuz!