▪ BANK HAQQINDA
▪ Tariximiz və missiyamız
▪ İdarə heyəti
▪ Təsisçilər
▪ İllik hesabatlar
▪ Maliyyə göstəriciləri
▪ Risklərin İdarə edilməsi
▪ Filiallar şəbəkəsi
▪ Müxbir banklar
▪ Korporativ-sosial   öhdəliklər
▪ Vakansiyalar
Əlaqə
▪ Xəbərlər arxivi

FİZİKİ ŞƏXSLƏR
HÜQUQİ ŞƏXSLƏR
İDARƏ HEYƏTİ

 

 

Doktor Endryu Pospilovski, Baş Menecer
AccessBankın gündəlik idarə edilməsinə görə məsuliyyət daşıyan Baş Meneceri qismində 2006-cı ilin iyun ayından LFS-də çalışır. LFS-dən qabaq doktor Pospilovski Bannock Consulting – DAI Europe şirkətində, kiçik və orta müəssisələrin biznes kreditləşməsinin bütün aspektləri üzrə kommersiya banklarının məsləhətçisi vəzifəsində çalışmışdır. Avropa İttifaqı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Böyük Britaniya hökuməti nəzdində Beynəlxalq İnkişaf Departamenti və Dünya Bankı tərəfindən maliyyələşdirilən Texniki Yardım layihələri əsasında o, Rusiyanın, Bolqarıstanın, Litvanın, Makedoniyanın, Türkmənistanın, Qırğızıstanın, Keniyanın və Nepalın 15 bankı ilə əməkdaşlıq etmişdir. Onun təcrübə sahəsi risklərin idarə edilməsinin və idarəedici informasiya sisteminin gücləndirilməsini; kredit məhsullarının kredit analizi prosedurlarının, Əzrizələrə Baxış və Kredit Balının Verilməsi Sisteminin işlənib hazırlanmasını, eləcə də bazar strategiyaları üzrə məsləhətləşmə xidmətlərini əhatə edir. Bannock / DAI şirkətindən əvvəl doktor Pospilovski Londonda İnkişaf edən Bazar Analitiki vəzifəsində çalışmış, Universitetdə mühazirələr oxumuşdur – onun Şərqi Avropa və keçmiş SSRİ dövlətlərinin maliyyə, iqtisadi və siyasi sahələrində 15 illik peşə və akademik təcrübəsi vardır. Doktor Pospilovski London Universitetində doktor dərəcəsi almışdır. O, britaniyalıdır, ingilis və rus dillərini mükəmməl bilir və bir çox Şərqi Avropa dillərinə sərbəst danışır.

 

Rüfət İsmayılov, İnzibati Menecer
2002-ci ilin sentyabr ayından etibarən, kredit mütəxəssislərinin ilk qəbulundan sonra AccessBank-da mikromaliyyələşdirmə mütəxəssisi vəzifəsində çalışmağa başlamışdır. O vaxtdan etibarən o, Böyük Kredit Mütəxəssisi və Mərkəzi Filialın Meneceri vəzifəsinədək yüksəlmiş, daha sonra İnzibati Menecer vəzifəsinə, 2006-cı ilin fevral ayından etibarən isə İdarə Heyəti üzvlüyünə qəbul olunmuşdur. İnzibati Menecer qismində cənab İsmayılov filial şəbəkəsinin genişləndirilməsinə, eləcə də təchizat, informasiya texnologiyaları və təhlükəsizlik məsələlərinə görə məsuliyyət daşıyır. AccessBankdan əvvəl o, World Vision Azerbaijan şirkətində Filial Meneceri və Kredit Mütəxəssisi qismində çalışmışdır. Cənab İsmayılov azərbaycanlıdır, Azərbaycan, rus və ingilis dillərini mükəmməl bilir.

 

Şakir Rəhimov, Biznes Bankçılığı Departamentinin Rəhbəri.
AccessBankda 2002-ci ilin sentyabr ayından etibarən mikrokreditləşmə sahəsində kredit mütəxəssisi vəzifəsində çalışmağa başlamışdır. 2003- cü ilin sonunda mikrokreditləşmə üzrə böyük kredit mütəxəssisi vəzifəsinə təyin olunmuş və artıq 2004-cü ilin mart ayında yeni yaradılmış kiçik və orta biznes kreditləşməsi şöbəsinə keçirilmişdir. 2004-cü ilin sonunda o, bank filiallarının birində həmin şöbənin rəhbəri vəzifəsinə təyin olunmuş və artıq 8 aydan sonra Kiçik və Orta Biznes Kreditləşməsi Departamentinin Rəhbəri vəzifəsinə təyin edilərək 2,5 il ərzində bütünklüklə bank üzrə bu departamentin inkişafına görə məsuliyyət daşımışdır. 2008-ci ilin aprel ayında o, Biznes Bankçılığı Departamentinin Rəhbəri vəzifəsinə təyin edilmiş və İdarə Heyəti üzvlüyünə qəbul olunmuşdur. Şakir Rəhimov mikro və SME kreditləşməsinə, korporativ xidmətlərə və risklərin idarə olunmasına görə məsuliyyət daşıyır. O, Azərbaycan İqtisad Universitetini bitirmiş və Maliyyə sahəsində Biznes Administrasiyası üzrə magistr dərəcəsinə yiyələnmişdir. Şakir Rəhimov azərbaycanlıdır, Azərbaycan, rus və ingilis dillərini mükəmməl bilir.

 

Anar Həsənov, Pərakəndə Bankçılıq və Əməliyyat Meneceri.
AccessBankda 2002-ci ilin sentyabr ayından mikrokreditləşmə üzrə mütəxəssis qismində çalışmağa başlamışdır. Bir il ərzində o, Böyük Kredit Mütəxəssisi vəzifəsinədək yüksəlmişdir. Sonrakı 6 ay ərzində (2004-cü ilin mart ayında) o, yeni yaradılmış Kiçik və Orta Kredit Departamentinə keçirilmişdir. 2005-ci ilin yanvar ayında cənab Həsənov, Bankın Aeroport Filialında Kiçik və Orta Kredit Departamentinin rəhbəri vəzifəsinə təyin olunmuş və 2006-cı ilin mart ayınadək bu vəzifədə çalışmışdır. Həmin ilin mart-iyul aylarında cənab Həsənov Kredit Məhsulları Departamentinin Rəhbəri vəzifəsində çalışmışdır. 2006-cı ilin iyul ayından indiyədək o, Kredit Məhsullarının İşlənib Hazırlanması Departamentinin Rəhbəri vəzifəsində çalışır – bu Departament AccessBank-da plastik kartların hazırlanması, depozit biznesi və istehlak kreditləri ilə məşğul olur. 1995 – 2003-cü illər ərzində cənab Həsənov İstambul Universitetində və Azərbaycan Dövlət İqtisad Universitetində ali təhsil almış, “Bank işi və kredit” ixtisası üzrə bakalavr və magistr dərəcələrinə layiq görülmüşdür. Anar Həsənov azərbaycanlıdır, Azərbaycan, rus və ingilis dillərini mükəmməl bilir.

 

Elşən Hacıyev, Maliyyə Meneceri və Baş Mühasib.
AccessBank-da mühasibat şöbəsinin yaradılması və idarə edilməsi məqsədi ilə 2002-ci ilin avqust ayından etibarən Bankda çalışır. Bank üçün mühasibat prosedurlarının işlənib hazırlanmasına, LFS MicroBank informasiya texnologiyaları sisteminin yerli mühasibat və hüquq standartlarına müvafiqliyinə, mühasibat şöbəsinə rəhbərlik edilməsinə və AccessBank-ın gündəlik mühasibatına görə məsuliyyət daşıyır. AccessBank-ın yaradıldığı vaxtdan etibarən cənab Hacıyev Bankın İdarə Heyətinin üzvüdür. AccessBankda çalışmazdan əvvəl o, 6 il Bakı şəhərindəki HSBC Bankında Maliyyə Nəzarəti üzrə Rəhbər vəzifəsində, eləcə də Azərbaycan Sənaye-İnvestisiya Bankında və Moskvadakı “Menatep” Bankında çalışmışdır. Maliyyə Xidmətləri İnsitututu (keçmiş İxtisaslaşmış Bank Əməkdaşları İnstitutu, Böyük Britaniya) tərəfindən ona Maliyyə Xidmətləri Meneceri diplomu verilmişdir. Cənab Hacıyev azərbaycanlıdır, Azərbaycan, rus və ingilis dillərini mükəmməl bilir.