AccessBank ilə əməkdaşlıq sizin fikirləşdiyinizdən də
asandır. AccessBank, işini maliyyə sahəsində, xüsusilə,
mikro, kiçik və orta sahibkarlara xidmətlərin göstərilməsinə
yönəltmiş bir təşkilatdır.
Kredit almaq fikrindəsiniz?
Hüquqi status və fəaliyyətlərinin hansı iqtisadiyyat
sektorunda göstərdiklərindən asılı olmayaraq, bütün
özəl sahibkarlar kredit almaq hüququna malikdirlər,
lakin qeyri-qanuni və ekoloji baxımdan zərərli fəaliyyət
növləri, qumar oyunları, alkoqol və tütün məhsullarının
istehsalı istisnadır.
Hər bir kreditin, orta hesabla, ümumi həcmi 3.000
ABŞ dolları təşkil edir, ümumilikdə isə kreditin məbləği
100 ABŞ dolları/AZN/AVRO-dan 500 000 ABŞ dolları/AZN/AVRO-dək
ola bilər. Hər ay 3.000-ə yaxın sahibkar AccessBank-dan
kredit alır.
Niyə məhz AccessBank-dan?
- Sadə prosedurlar;
- Ərizələrə tez baxılması: qərarlar üç gün ərzində
qəbul olunur;
- Sənədlərin maksimum qısaldılmış siyahısı (məsələn,
biznes-plan tələb olunmur);
- Əlavə xərclərin olmaması (məsələn, hesabın açılması
üçün);
- Girovlar üzrə ədalətli tələblər;
- Biznes tələbinə uyğun məbləğ və müddət;
- Daim sadələşən kredit şərtləri ilə uzunmüddətli
partnyorluq;
AccessBank kreditini
necə əldə etməli?
- AccessBank-ın istənilən filialına zəng edir və ya
gəlirsiniz;
- Fərdi kredit mütəxəssisi ilə kreditin şərtlərini
və məşğul olduğunuz ticarət növünü müzakirə edirsiniz;
- Fərdi kredit mütəxəssisi ticarətlə məşğul olduğunuz
sahəyə baş çəkib ticarətin güclü və zəif tərəflərini
araşdırır;
- Fərdi kredit mütəxəssisi kredit təklifini hazırlayır;
- AccessBank Kredit Komitəsi (Komitə hər gün təşkil
olunur) kredit təklifini müzakirə edir;
- Kreditiniz barədə qərarı 1-3 gün ərzində əldə edirsiniz;
- Əsas tələb - cari və planlaşdırılmış işgüzar fəaliyyətiniz
haqqında tam informasiyanı bizə təqdim edirsiniz.
Bu gün AccessBank-da müştərilərə iki kredit tipi
təklif olunur:
Mikro kreditlər (20.000 ABŞ dollarınadək) və Kiçik
kreditlər (500.000 ABŞ dollarınadək)
Mikro Kreditlər
Məbləğ: 100 – 20.000 ABŞ dolları (və ya eyni məbləğin
AZN ekvivalenti)
Müddət: dövriyyə vəsaiti üçün - 12 ayadək
əsas vəsait üçün - 30 ayadək
Faiz dərəcəsi: aylıq 2.5 - 3.0 %
Kreditin komissiya haqqı: təxminən 1%
Girov: Girov daşınmaz əmlak, nəqliyyat, ev əşyaları,
mal və zamindən ibarət ola bilər. (5.000 ABŞ dollarınadək
kreditlər üçün girov kimi daşınmaz əmlak və ya nəqliyyat
tələb olunmur)
Ödəniş: hər ay, iki həftədə bir dəfə və ya hər həftə
bərabər ölçüdə (borcun ödənilmiş hissəsindən faiz
tutulmur)
Kiçik Kreditlər
Məbləğ: 500.000 ABŞ dollarınadək (və ya eyni məbləğin
AZN ekvivalenti) (kreditin məbləği fərdi hallarda
artırıla bilər)
Müddət: dövriyyə vəsaiti üçün - 18 ayadək
əsas vəsait üçün - 36 ayadək
Faiz dərəcəsi: aylıq 1.3 - 2.5 %
Kreditin komissiya haqqı: təxminən 1%
Girov: Girov daşınmaz əmlak, nəqliyyat vasitəsi, ev
əşyaları, mal və zamindən ibarət ola bilər. (5.000
ABŞ dollarınadək kreditlər üçün girov kimi daşınmaz
əmlak və ya nəqliyyat vasitəsi tələb olunmur)
Ödəniş: aybaay, iki həftədə bir dəfə və ya hər həftə
bərabər ölçüdə (borcun ödənilmiş hissəsindən faiz
tutulmur)
Qeyd: Kiçik kreditlər üzrə şərtlər bu və ya digər
borc alanın kreditləşdirmə risklərinin qiymətləndirilməsindən
asılıdır. Riskin qiymətləndirilməsini bank həyata
keçirir.
Kredit xətləri
Yaxşı kredit tarixçəsi olan müştərilər AccessBank-da
uzun müddətli kredit xətti aça bilər ki, bu da müxtəlif
şərtlərlə bir neçə kreditin alınması və ya kreditlərin
paralel alınmasını mümkün edir. Kredit xətləri bank
və müştəri arasında uzunmüddətli partnyorluq üçün
əsas yaradır. Bundan əlavə, müştərilər eyni zamanda
bir neçə kredit götürməklə, kredit məbləğini likvidlik
tələblərilə uyğunlaşdırma imkanını əldə edirlər. Fərdi
kredit mütəxəssisi kredit xəttinin şərtləri və faydası
ilə Sizi tanış edəcək.