▪ BANK HAQQINDA
▪ Tariximiz və missiyamız
▪ İdarə heyəti
▪ Təsisçilər
▪ İllik hesabatlar
▪ Maliyyə göstəriciləri
▪ Risklərin İdarə edilməsi
▪ Filiallar şəbəkəsi
▪ Müxbir banklar
▪ Korporativ-sosial   öhdəliklər
▪ Vakansiyalar
Əlaqə
▪ Xəbərlər arxivi

FİZİKİ ŞƏXSLƏR
HÜQUQİ ŞƏXSLƏR
İSTEHLAK KREDİTLƏRİ

“AccessBank”ın təklif etdiyi istehlak kreditləri vasitəsilə məişət avadanlığı, mobil telefon, kompüter və ya avtomobil əldə etmək mümkündür.
Kreditin minimal məbləği 100, maksimal məbləği isə 5.000 ABŞ dolları və ya bu məbləğin AZN ekvivalentidir, müddəti 3 aydan 24 ayadəkdir.
Avtomobil kreditləri üçün maksimal məbləğ 30 000 ABŞ dolları və ya bu məbləğin AZN ekvivalenti, müddəti isə 3 ilədəkdir. Avtomobili istənilən avtosalondan seçərək, kredit üçün sənədlərinizi Banka təqdim edə bilərsiniz.
“AccessBank”da istehlak krediti almaq üçün sadəcə şəxsiyyətinizi təsdiq edən sənəd və iş yerindən arayış təqdim etmək kifayətdir. Arayışda tutduğunuz vəzifə və aldığınız əmək haqqı qeyd olunmalıdır. Zamin tələb olunarsa, onun da eyni sənədləri təqdim etməsi vacibdir. Kredit 20-25 dəqiqə ərzində sənədləşdirilir. Bu zaman heç bir əlavə xərc tələb olunmur.

 

"ZƏMANƏTLİ KREDİT"

Sizə ucuz kredit lazımdır və onun mümkün qədər tez bir zamanda rəsmiləşdirilməsi vacibdir? AccessBank, bankda deposit əmanəti olan rezidentlərə və qeyri-rezidentlərə sərfəli şərtlərlə kreditlər təklif edir.

Siz aşağıdakıları əldə edirsiniz:
• Depozitinizdən 80%-dək məbləğdə kredit
• Hər bir müştəriyə fərdi yanaşma – kreditin müddəti və maksimal məbləği, girov qismində çıxış edən depozitin şərtlərinə müvafiq surətdə müəyyən olunur
• Uzunmüddətli kreditin alınması mümkündür – kreditin başa çatdığı maksimal müddət, depozit müqaviləsinin müddətinin bitdiyi tarixdən bir ay əvvəl ola bilər (yəni, gələcək 5 il üçün depozit müqaviləsi bağlamış müştərilər, müvafiq olaraq, 4 il 11 ay müddətinə kredit ala bilərlər).

Üstünlüklər:
• Kredit tez bir zamanda və rahat şəkildə sənədləşdirilir;
• Kredit istənilən məqsədlərlə verilir;
• Kreditin alınması üçün yalnız şəxsiyyət vəsiqəsi tələb olunur;
• Kredit üzrə minimal faizlər ödəməyə imkan verən sərfəli şərtlər;
• Üçüncü şəxsin depozitini girov qoymaq imkanı;
• Paralel kreditlər almaq imkanı;
• “AccessBank”ın daimi müştəriləri üçün güzəştli şərtlər əldə etmək imkanı.

 

"PEŞƏKAR KREDİT"

Bütün həkimlər və müəllimlər üçün.

“Sizin Yerli Avropa Bankınız” AccessBank, öz məhsul və xidmətlərindən yararlanan müştərilərinə və tərəfdaşlarına doğru istiqamətlənmiş addımlar atmaqda davam edir. Atdığımız növbəti addım müqəddəs peşə sahiblərinə – müəllim və həkimlərə istiqamətləndi!
Bütün müəllim və həkimlər 12 oktyabr 2009-cu il tarixinədək “Peşəkar kredit” kampaniyası çərçivəsində AccessBank-ın yeni kredit məhsulundan yararlana biləcəklər!

Kredit şərtləri:
Məbləğ: 1 000 ABŞ Dollarınadək;
Müddət: 12 aya qədər;
Aylıq faiz dərəcəsi: 3,25%
Girov təminatı: yoxdur.

Lazımi sənədlər:
Şəxsiyyət vəsiqəsi;
Iş yerindən arayış.