▪ BANK HAQQINDA
▪ Tariximiz və missiyamız
▪ İdarə heyəti
▪ Təsisçilər
▪ İllik hesabatlar
▪ Maliyyə göstəriciləri
▪ Risklərin İdarə edilməsi
▪ Filiallar şəbəkəsi
▪ Müxbir banklar
▪ Korporativ-sosial   öhdəliklər
▪ Vakansiyalar
Əlaqə
▪ Xəbərlər arxivi

FİZİKİ ŞƏXSLƏR
HÜQUQİ ŞƏXSLƏR
KORPORATİV-SOSİAL ÖHDƏLİKLƏR
 

Yarandığı gündən etibarən AccessBank Azərbaycan ictimaiyyətinin həyatında fəal şəkildə iştirak edir. Strukturuna görə xarici bank olan AccessBank özünü, fəaliyyət göstərdiyi ölkənin müqəddəratına laqeyd olmayan, Azərbaycanın tamdəyərli korporativ vətəndaşı hesab edir.
Bankın fəaliyyətinin əsas istiqaməti maliyyə sahəsidir. Kiçik və orta sahibkarlığı maliyyələşdirərək bank ölkənin iqtisadi inkişafına və insanların həyat səviyyəsinin yüksəldilməsinə çalışır. Amma AccessBank təkcə bununla kifayətlənmir. Əhalinin həyat səviyyəsinin keyfiyyət baxımından yüksəldilməsi və Azərbaycan incəsənətinin daimi inkişafı bankın maraq dairəsinə daxildir. Buna görə də, bankın sponsorluq və xeyriyyəçilik layihələri – dəblə ayaqlaşmaq cəhdi deyil, AccessBank əməkdaşlarının təbii tələbatıdır.
AccessBank, banklar arasında ilk olaraq, korporativ-sosial məsuliyyət sahəsində aktiv fəaliyyətə başlayıb və təsdiq olunmuş siyasət çərçivəsində bir neçə layihə həyata keçirib:

«YARADAN» mərkəzinin açılmasına yardım.

2008-ci ilin sentyabrında AccessBank ilk layihəsini həyata keçirmişdir. Bu layihə, «YARADAN» mərkəzində çalışan gənc və istedadlı rəssamlara, heykəltəraşlara, tərtibatçılara yardım göstərilməsinə yönəldilmişdir. Layihənin məqsədi musiqi studiyasının təchiz olunmasından ibarətdir. Bank musiqi alətləri və lazımi avadanlıqlar alaraq gənclərin istifadəsinə vermişdir.

 

Fiziki imkanları məhdud olan insanlar üçün treninqlər.

AccessBank, Əlillərin Sosial Müdafiəsi Fondu ilə birgə, fiziki qüsurlu insanlara bank işinin öyrədilməsi üzrə treninqlər təşkil etmişdir. Treninq, korporativ etikadan tutmuş, stress-menecmentədək bir çox mövzuları əhatə etmişdir. Keçilmiş dərslər sayəsində, treninqdə iştirak etmiş əlillər bank işi haqqında çoxsaylı məlumatlar əldə etmişlər ki, bu da onların yerli banklarda işə qəbul olunmalarına kömək edəcək. Treninqlərin sonunda keçirilən imtahanların nəticələri əsasında, daha yüksək nəticə əldə etmiş bir neçə iştirakçı AccessBank-da işə qəbul olunmuşdur.

 

Qanvermə aksiyası.

AccessBank “Korporativ Sosial Məsuliyyət” proqramı çərçivəsində növbəti lahiyəsini həyata keçirərək talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara donor qanının verilməsi üzrə aksiya təşkil etmişdir. Aksiyada həm AccessBank ənməkdaşları, həm də bankın müştəriləri iştirak etmişlər. Bu aksiya, Bakı şəhərinin müxtəlif rayonlarında yerləşən 4 filialda keçirilmişdir.

 
Şəhərin yaşıllaşdırılması

14 mart 2009-cu il tarixdə Bakıxanov filialının əməkdaşları, bilavasitə filialın yaxınlığında yerləşən həyətin yaşıllaşdırılması üzrə aksiya keçirdilər. Aksiyada filialın həm sıravi əməkdaşları, həm də rəhbərliyi iştirak etdi. Bir gün ərzində 40-dan artıq ağac və kol əkildi ki, bu bitkilər də yerli əhalinin həyatına rahatlıq gətirəcək.