▪ BANK HAQQINDA
▪ Tariximiz və missiyamız
▪ İdarə heyəti
▪ Təsisçilər
▪ İllik hesabatlar
▪ Maliyyə göstəriciləri
▪ Risklərin İdarə edilməsi
▪ Filiallar şəbəkəsi
▪ Müxbir banklar
▪ Korporativ-sosial   öhdəliklər
▪ Vakansiyalar
Əlaqə
▪ Xəbərlər arxivi

FİZİKİ ŞƏXSLƏR
HÜQUQİ ŞƏXSLƏR
DEPOZİTLƏR


Pulunuzu həm yığmaq, həm də artırmaq istəyirsiniz? “AccessBank”ın təklif etdiyi depozitlərdən özünüzə uyğun olanı seçin! AccessBank-da əmanət hesabı açmaqla Siz, eyni zamanda, öz kapitalınızı sığortalayır və onu sərfəli şərtlərlə artırırsınız!

2007-ci ilin avqust ayından etibarən AccessBank Depozitlərin Sığortalanması Fondunun üzvüdür.


"STANDART DEPOZİT"

Birinci olmaq, qələbənin sevincini duymaq, yalnız seçimini düzgün edənlərə nəsib olur.

50 AZN (USD, EUR)-dan başlayaraq istənilən məbləği 3 aydan 5 ilə kimi olan müddətə banka yatırın və ödəniləcək faizləri hansı formada alacağınızı özünüz seçin – faizlər Sizə, istəyinizə uyğun olaraq, hər ay, yaxud müddətin sonunda ödənilə bilər. Həmçinin, “Standart Depozit” depozit məbləğinin 80% həcmində kredit almaq imkanı verir.
“Standart Depozit”in ayrı-ayrı valyutalar üçün faiz dərəcələri aşağıdakı cədvəldə göstərilib:

 

 

 
İLLİK FAİZ DƏRƏCƏLƏRİ (AZN / USD)
  Müddət (günlər)
90-179
180-269
270-359
360-549
550-1079
1080-1799
1800
  50 - 250 000
8
10
12% 
13% 
15% 
16% 
17% 
  250 001-dən (*) 6%  8 10%  12%  13%  15%  16% 

* Cari dövrdə müştərinin bankda olan depoziti 250 000 AZN/USD məbləğindən artıq olduğu halda.
* AZN və USD valyutalarında 1080 günə qədər açılan depozitlərdə faizlərin aylıq ödənildiyi təqdirdə faiz dərəcəsi cədvəldə göstərildiyindən 0,5% aşağı olacaq.

* AZN və USD valyutalarında 1080 gündən artıq müddətə açılan depozitlərdə faizlərin aylıq ödənildiyi təqdirdə faiz dərəcəsi cədvəldə göstərildiyindən 4% aşağı olacaq.

 

 
İLLİK FAİZ DƏRƏCƏLƏRİ (EURO)
  Müddət (günlər)
90-179
180-269
270-359
360-1199
1200-1800
  50-dən 3% 
4
5% 
6
8% 

* Bu depozit növündə effektiv faiz dərəcəsi nominaldan fərqlənir. Məsələn: 5000 AZN məbləği üçün 5 il müddətinə təklif olunan effektiv faiz 13,3%-dir.

 

"DEPOZİT+"

Pulunuzu yığmaq üçün əla fürsət!
Hər zaman görmək istədiyiniz ölkəyə səyahət etmək, evinizə yeni avadanlıq almaq, avtomobil əldə etmək və s. istəyirsinizsə, “DEPOZİT+”dan yararlanın, pul yığın və xəyallarınızı gerçəkləşdirin!
Bu depozit növünü seçərkən depozitin müddətindən tutmuş aylıq yatırım məbləğinə qədər özünüz təyin edirsiniz və sonda seçdiyiniz plana vaxtlı-vaxtında əməl etdikdə artan pulunuzla bərabər bonus da alırsınız.

"Depozit +" hesabının üstünlükləri:

- Yüksək faiz dərəcəsi;
- Əlverişli olması (ilkin yatırım məbləği cəmi 50 AZN, ABŞ Dolları və ya AVRO);
- Bonus və daha çox faiz qazanmaq imkanı;
- Əlavə yatırım üçün minimal məbləğinin cəmi 5 AZN, ABŞ Dolları və ya AVRO-dan başlaması;

  Valyuta
İLLİK FAİZ DƏRƏCƏLƏRİ
  Müddət (günlər)
180-269
270-359
360-549
550-1079
1080-1199
1200-1800
  AZN \ USD
 9%
 10%
 12%
 13%
 14%
 15%

EURO
3
4
5
5,5% 
5.5% 
7% 
  Bonus
1% 


“ƏLVERİŞLİ DEPOZİT”

Vəsaitinizdən həm gəlir əldə etmək, həm də ondan azad şəkildə istifadə etmək (istədiyiniz zaman pul çıxarmaq və ya əlavə etmək) istəyirsinizsə, “Əlverişli Depozit” məhsulundan yararlanın!
Bu depozit növündə nə müddətə, nə də əlavə olunan məbləğə heç bir məhdudiyyət qoyulmur!
Arzuladığınız valyuta və məbləği seçin – pulunuzdan istədiyiniz kimi istifadə edin!

Üstünlüklər:
• Minimal ilkin yatırım məbləği cəmi 50 Manat, ABŞ dolları və ya Avro;
• Minimal əlavə yatırım məbləği cəmi 5 Manat, ABŞ dolları və ya Avro;
• Hesabın həm nağd, həm də köçürmə yolu ilə artırılması imkanı;
• İstənilən zaman depozit hesabından hər hansı məbləğin çıxarılması;
• İstənilən zaman depozit hesabına istənilən məbləğin əlavə olunması;
• Bu depozit növü üçün ən yüksək faiz dərəcəsi ödənilir – Manat və ya ABŞ dolları üçün illik 8%, Avro üçün 6%;
• Depozit hesabı qeyri-məhdud müddətə açılır (müştəri hesabı özü istədiyi zaman bağlatdıra bilər);
• Faizlər aylıq ödənilir;
• Müştəri tərəfindən faizlər aylıq çıxarılmadıqda, həmin faizlərin də üzərinə faiz hesablanır (faizlərin kapitalizasiyası baş verir).


* Depozit hesabından vəsait çıxarılarkən illik faiz dərəcəsinin 1/12 həcmində komissiya tutulur.