AccessBank korporativ sosial məsuliyyət çərçivəsində “İçərişəhər” Qoruğu ilə əməkdaşlığa başlayıb

16 Sentyabr 2025
AccessBank korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə əməkdaşlığa başlayıb. İlk təşəbbüs kimi Qala qoruğu ərazisində yaşayan və bu il ali məktəblərə qəbul olan tələbələrlə görüş keçirilib.

Görüşdə AccessBank-ın Baş Əməliyyat İnzibatçısı Teymur Ağakişiyev, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə heyətinin sədri Rüfət Mahmud, Milli Məclisin deputatı Gülşən Paşayeva və Xəzər Rayon İcra Hakimiyyətinin başçısının müavini Lalə Əhmədova iştirak edərək gəncləri səmimi təbrik edib, təhsil və gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Tələbələrə AccessBank-ın myCard Junior kartları təqdim olunub. Bu hədiyyə gənclərə gündəlik xərclərini rahat idarə etmək və sağlam maliyyə vərdişləri formalaşdırmaq üçün dəstək olacaq.

Bu təşəbbüs AccessBank-ın gənclərin inkişafına verdiyi dəstəyin davamlı xarakter daşıdığını bir daha göstərir.

Paylaşmaq