|
AccessBank-ın missiyası mikro və kiçik
biznesmenlər, eləcə də aşağı və orta gəlirli ailələr
üçün çalışan Azərbaycan bankı olmaqdan ibarətdir. AccessBank
öz müştərilərinə Avropa standartlarına uyğun maliyyə
xidmətləri, o cümlədən, kredit məhsulları, cari hesablar,
əmanətlərin qorunub saxlanılması, plastik kartlar, ticari
maliyyələşdirmə, pulköçürmə və ödəmə xidmətləri göstərmək
niyyətindədir. AccessBank-ın əsas məqsədi bank əməliyyatlarının
effektivliyi, şəffaflığı, müştərilərin tələbatlarının
ödənilməsi, məsuliyyət, dəqiqlik və insan resurslarının
inkişafı istiqamətlərində ən yüksək bank standartlarına
nail olmaqdır. Tam əhatəli bank əməliyyatları lisenziyasına
malik AccessBank, həmçinin, müxtəlif kateqoriyaya mənsub
müştərilərə, o cümlədən daha iri müəssisələrə və beynəlxalq
təşkilatlara, xüsusilə AccessBank-ın əsas missiyasını
bölüşən şirkətlərə maliyyə xidmətləri göstərir.
AccessBank-ın korporativ missiyası
strateji qərarların qəbul edilməsi və Bankın aydın korporativ
görünüşü üçün əsas yaradır. Bankın bütün fəaliyyəti
aşağıdakı bölmələrə şərtsiz riayət olunması prinsipi
üzərində qurulur:
- Müştəriyə orientasiya: AccessBank-ın məhsul və prosedurları
müştəri tərəfindən tələb olunan az xərcə və onun yüksək
məmnunluğuna tərəf istiqamətləndirilmişdir.
- Effektivlik və standartlaşdırma: Kütləvi biznes kimi
mikromaliyyələşdirmənin xüsusiyyətlərini nəzərə alaraq,
AccessBank effektli şəkildə standartlaşdırılmış məhsul
və prosedurların işlənib hazırlanmasına və onların tətbiq
olunmasına çalışır.
- Ehtiyat: AccessBank hesab üzrə əməliyyatların və maliyyə
siyasətinin aparılması, riskin qiymətləndirilməsi baxımından
həmişə ehtiyatlı mövqe tutur. Bu mövqe həmçinin kreditlərin
nəzərdən keçirilməsi və monitorinqi zamanı da şərtsiz
tətbiq olunur. O cümlədən, kapitalın adekvatlığı, pula
çevrilə bilmə normaları, aktiv və passivlərin idarə
olunması, kredit portfelinin diversifikasiyası, kredit
limitləri və kreditlərlə təmin etmə üzrə ciddi prinsiplər
tərtib olunub.
- Şəffaf və dəqiq fəaliyyət: AccessBank-ın siyasəti
şəffaflıq və dəqiqlik prinsiplərinə əsaslanır. Bu öz
təsdiqini istər dəqiq özünənəzarət qayda və proseduralarda,
istərsə də bankın informasiya siyasəti və müştərilərə
münasibətində tapır.
- Məhsulların təkmilləşdirilməsi: Öz müştərilərinin
tələblərinə tam cavab vermək və Azərbaycanın lider banklarından
biri kimi mövqeyini qoruyub saxlamaq üçün AccessBank
öz məhsul palitrasını daim inkişaf etdirir.
- İnsan resurslarının inkişafı: AccessBank-ın uğurunun
əsası yüksək ixtisaslı kadrların olmasıdır. Uzunmüddətli
karyera yüksəlişi planları, bank daxilində karyera qazanmaq
imkanları, mütəmadi seminar və treninqlər və həmçinin
çevik stimullaşdırıcı ödəniş sistemi AccessBank-ın kadr
siyasətinin özəyini təşkil edir.
Bütün bu prinsiplər banka nəinki öz müştərilərinə xidmət
göstərməyi, həm də öz fəaliyyətində yüksək gəlirli olmağına
imkan verir. Təsisçilərin məramına görə, mənfəət, bankın
gələcək inkişafı, yeni məhsulların işlənib hazırlanması
və əməkdaşların ixtisasının artırılmasına yatırılır.
|