Xaricdə yaşayan ailə üzvlərinizə pul göndərmək lazımdır?
Yoxsa Siz xaricdən pul gözləyirsiniz? AccessBank-ın
istənilən filialında xaricə pul göndərə və ya xaricdə
yaşayan yaxınlarınızdan pul qəbul edə bilərsiniz.
- Pul köçürmə sistemlərindən yalnız fiziki şəxslər
istifadə edə bilərlər;
- Pul yalnız fiziki şəxsə göndərilə bilər;
- Göndərdiyiniz pul dünya miqyaslı təhlükəsizlik sistemi
tərəfindən mühafizə olunur və pulunuzun vaxtında və
yalnız göndərilən adama çatacağına zəmanət verir;
Pulunuzu həmçinin cari hesabınızdan istifadə edərək,
HÖKS, AZEPS (yalnız manatla) və SWIFT (yalnız xarici
valyutada) sistemləri vasitəsilə hesabdan hesaba göndərə
bilərsiniz.
Müştəri Xidmətləri Departamentində çalışan işçi heyətimiz
Sizə ən sərfəli pul köçürmə sistemini seçməkdə köməkçi
olacaq. Aşağıda AccessBank-da fəaliyyət göstərən dünyanın
aparıcı pul köçürmə sistemləri ilə tanış ola bilərsiniz.