▪ BANK HAQQINDA
▪ Tariximiz və missiyamız
▪ İdarə heyəti
▪ Təsisçilər
▪ İllik hesabatlar
▪ Maliyyə göstəriciləri
▪ Risklərin İdarə edilməsi
▪ Filiallar şəbəkəsi
▪ Müxbir banklar
▪ Korporativ-sosial   öhdəliklər
▪ Vakansiyalar
Əlaqə
▪ Xəbərlər arxivi

FİZİKİ ŞƏXSLƏR
HÜQUQİ ŞƏXSLƏR
PLASTİK KARTLAR

 

Sizin üçün seçim hər zaman var – Siz bank kartı əldə edə, yaxud nağd pulu üzərinizdə gəzdirməklə risk edə bilərsiniz. Bank kartı əldə edə, yaxud öz xərclərinizə nəzarət etmək imkanından məhrum ola bilərsiniz. Bank kartı əldə edə, yaxud xarici səfərlər zamanı valyutanızı gömrük bəyannaməsində rəsmiləşdirə bilərsiniz. Plastik kart əldə edə, yaxud xarici ölkədə valyuta mübadiləsi məntəqəsi axtara bilərsiniz. Seçim Sizindir!

 
VISA ELECTRON VISA
ödəmə sisteminin ən məşhur kartlarından biridir. Bu kart vasitəsilə kart sahibi bankomatlarda nağd pul çıxara və dünyanın hər yerində POS terminallarla təchiz olunmuş ticarət mərkəzlərində ödəmə əməliyyatları apara bilər.
 
 
VISA CLASSIC  plastik kartı vasitəsilə malların və xidmətlərin ödəməsini aparmaq mümkündür. VİSA Classic vaxtaşırı səyahət edən insanlar üçün əvəzolunmazdır.
 
 
VISA GOLD kartının sahiblərini dünyanın hər yerində VİP müştəri kimi qarşılayırlar, onlara fərqli, daha yüksək xidmət göstərirlər. Bu kart da öz növbəsində sahiblərinə rahatlıq və geniş imkanlar təqdim edir.
 


AccessBank plastik kartlarının əsas müsbət cəhəti onların multivalyutalı ola bilməsidir. Tez-tez səyahət və ya ezamiyyətdə oldugundan 2-3 valyutadan istifadə edən müştərilər üçün bu kart səyahətin ayrılmaz hissəsidir. Multivalyutalı kart vasitəsilə avropada Avro, ABŞ-da dollar, Azərbaycanda isə manatdan istifadə etmək mümkündür.

«AccessBank»ın VISA Gold, Classic və Electron multivalyutalı plastik kartlarının üstünlüyü bir kartda bir neçə valyutanın olması, qənaətcillik və hesablaşmada rahatlıqdır. Əgər bu kartın sahibisinizsə, müxtəlif valyutalar üçün bir neçə kart hesabı açmaq, hansı ölkədə hansı kartdan istifadə etmək, pulunuzun təhlükəsizliyini düşünməyə ehtiyac yoxdur.

2006-ci ilin noyabr ayında AccessBank VİSA sertifikasiyasını keçib və bu ödəmə sisteminin assosiativ üzvü olub. 2007-ci ilin yanvar ayında isə bank tərəfindən ilk debet VİSA kartı buraxılıb. O vaxtdan etibarən:
SMS banking (mobil telefonla SMS vasitəsilə balans barədə məlumatlandırma);
PİN change (verilən PİN kodun digərinə dəyişmək imkanı);
Card-to-Card (bir kartdan digərinə bankomat vasitəsilə pul köçürmək imkanı) xidmətləri mövcuddur.

RAHATLIQ VƏ TƏHLÜKƏSİZLİK
«AccessBank»ın plastik kartını itirdiyiniz təqdirdə, pulunuzun tam təhlükəsizlikdə qalacağından əmin ola bilərsiniz, çünki o, qanunsuz istifadəyə qarşı mühafizə olunur.

NİYƏ MƏHZ «AccessBank»ın PLASTİK KARTI?
- Sifariş etdikdən sonra kartınızı üç gün ərzində əldə edə bilərsiniz;
- Plastik kartınızdakı qalığa görə AccessBank hər ay Sizə illik 2% ödəyir ;
- Azərbaycanın istənilən bankomatında Azercell danışıq xidmətlərinə görə ödəniş aparmaq mümkündür;
- SMS Banking Xidmətinə qoşulub kart hesabınız barəsində bütün məlumatları sms vasitəsilə mobil telefonunuza ala bilərsiniz;
- PİN Change xidmətindən istifadə edərək istənilən zaman PİN kodu dəyişdirə bilərsiniz;
- Card to Card xidməti vasitəsilə qısa müddət ərzində bankomat köməkliyi ilə pul göndərib və ya qəbul edə bilərsiniz;
- Multivalyutalı kart vasitəsilə əlavə xərc çəkmədən, dünyanın istənilən nöqtəsində aldığınız mallara görə ödəniş apara bilərsiniz.

«AccessBank»ın plastik kartlarını 18 yaşına çatmış Azərbaycan Respublikasının rezidenti və qeyri rezidenti olan istənilən şəxs əldə edə bilər.

Xüsusilə qeyd etmək lazımdır ki, bankın geniş filiallar və bankomatlar şəbəkəsinin olması kart sahibləri üçün xüsusi rahatlıq yaradır.