▪ BANK HAQQINDA
▪ Tariximiz və missiyamız
▪ Idarə heyəti
▪ Təsisçilər
▪ İllik hesabatlar
▪ Maliyyə göstəriciləri
▪ Filiallar şəbəkəsi
▪ Müxbir banklar
▪ Korporativ-sosial   öhdəliklər
▪ Vakansiyalar
▪ Əlaqə
▪ Xəbərlər arxivi

▪ FİZİKİ ŞƏXSLƏR
▪ HÜQUQİ ŞƏXSLƏR
XƏBƏRLƏR

«AccessBank» dünyanın 50 ən yaxşı mikromaliyyə institutları sırasındadır.

«AccessBank» MİX tərəfindən tərtib edilən 2008-ci il üzrə dünyanın ən yaxşı Mikromaliyyə İnstitutları sıyahısında 41-ci yeri tutdu.

Bakı, 08 yanvar 2009-cu il. Microfinance İnformation Exchange, Inc. (MIX) özünün 2008 Global 100 Composite hesabatında Azərbaycanın «AccessBank»ını 41-ci yerə layiq gördü. Bu hesabatda, MİX tərəfindən 970-dən artıq mikromaliyyə institutu arasında seçilmiş 100 ən yaxşı mikromaliyyə institutu göstərilib. Bir il ərzində «AccessBank» öz mövqeyini 17 yer yüksəldərək, MİX-n 2007-ci il üzrə reytinqindəki 58-ci yerdən 41-ci yerə yüksəlib (o zaman bank hələ AMMB adı altında fəaliyyət göstərirdi – “AccessBank” adını 2008-ci ilin sentyabrında dəyişdirib).

Bu reytinq Mikromaliyyə İnstitutlarının çoxtərəfli fəaliyyətinin gəlirliliyinə, effektivliyinə və şəffaflığına əsaslanır. "Mikromaliyyə İnstitutlarının fəaliyyət aspektlərinin yaxşılaşdırılması üçün müvafiq prioritetləri təyin etmək lazımdır – məhz bunun sayəsində zəruri kompromislərə nail olmaq olar. Məsələn, Mikromaliyyə İnstitutunun meneceri gəlirin tez bir zamanda əldə edilməsinə portfelin keyfiyyətinin pisləşməsi hesabına nail ola bilərmi? Bu cür mürəkkəb məsələlərlə MMİ hər gün rastlaşır və biz ümid edirik ki, bu hesabat, uğurlu MMİ-nun necə olduğunu və digər institutların da necə uğur əldə edə biləcəyini nümayiş etdirəcəkdir» deyə, MIX Baş Əməliyyat Direktoru Bleyn Stefens bildirib.

«AccessBank»ın Baş Meneceri Endryu Pospielovski bu hesabatı təqdir edərək deyib: «Bu reytinq 2007-ci il üzrə məlumatlara əsaslanır – həmin il AccessBank cəmi 5 il idi ki, fəaliyyət göstərirdi. Təşkilatımızın, cəmi 5 illik fəaliyyət müddəti ərzində dünyanın 50 ən yaxşı maliyyə institutları siyahısında yer tutması çox əhəmiyyətli nailiyyətdir, bizim işçi kollektivimizin səyinin və qazandığı uğurların bəhrəsidir».

MIX mikromaliyyə sənayesi üzrə biznes sahəsində aparıcı məlumat xidmətləri təchizatçısıdır. Fəaliyyətinin şəfafflığının təmin edilməsi sayəsində mikromaliyyə sektorunu möhkəmlətməklə, MIX mikromaliyyə institutları və investorlar haqqında, eləcə də bu sənaye sahəsi ilə əlaqədar xidmət şəbəkələri və təchizatçıları barədə müfəssəl biznes və maliyyə məlumatlarını təqdim edir. MIX, Yoxsullara Yardım üzrə Məsləhət Qrupu tərəfindən təsis olunmuş qeyri-kommersiya şirkətidir (www.themix.org).