▪ BANK HAQQINDA
▪ Tariximiz və missiyamız
▪ Idarə heyəti
▪ Təsisçilər
▪ İllik hesabatlar
▪ Maliyyə göstəriciləri
▪ Filiallar şəbəkəsi
▪ Müxbir banklar
▪ Korporativ-sosial   öhdəliklər
▪ Vakansiyalar
▪ Əlaqə
▪ Xəbərlər arxivi

▪ FİZİKİ ŞƏXSLƏR
▪ HÜQUQİ ŞƏXSLƏR
XƏBƏRLƏR

 

AccessBank kommunal xərclərin qəbuluna başladı

İndi istənilən Bakı sakini qaza, işığa və suya görə ödənişləri «AccessBank»da həyata keçirə bilər.

Bakı, 14 yanvar 2009-cu il. AccessBank, Bakı şəhərinin hüdudlarında fəaliyyət göstərən bütün filiallarda kommunal ödənişlərin qəbuluna başlayıb. Bunlar “Mərkəzi”, “Xalqlar dostluğu”, “Babək”, “20 Yanvar”, “Aeroport”, “Azadlıq”, “Elmlər Akademiyası”, “Səbayil”, “Bülbül” və “Bakıxanov” filiallarıdır. Həmçinin, bankın hər bir plastik kart sahibi kommunal xərclərə görə ödənişləri, bütünlüklə Abşeron yarımadasındakı AccеssBank bankomatları vasitəsi ilə həyata keçirə bilərlər. Bundan əlavə, kart sahibləri, respublikanın istənilən yerində bankomatlar vasitəsi ilə mobil operator xidmətlərinin də haqqını ödəyə bilərlər. AccessBank kommunal ödənişlərin həyata keçirilməsinə görə heç bir komissiya tutmur.

«AccessBank»ın Baş Meneceri Endryu Pospilovski, yeni xidmətin tətbiq olunmasını təqdir edərək bildirib: «AccessBank müştərilərinə tam çeşidli maliyyə xidmətləri göstərməyə və bununla onların həyatını asanlaşdırmağa çalışır. İndi müştərilərimiz kommunal xərclərin ödənilməsi üçün müxtəlif instansiyalara müraciət etməli olmayacaqlar, onlar bütün xərcləri bir dəfəyə ödəyə biləcəklər.”