|
AccessBank regional filial
şəbəkəsini genişləndirir
AccessBank Cəlilabad şəhərində öz yeni filialını
açdı.
Bakı, 19 yanvar 2009-cu il.
AccessBank Azərbaycanın cənubunda – Cəlilabad şəhərində
öz yeni filialını açdı. Bu filialın açılması ilə filial
şəbəkəsinin daha da genişlənməsi və «AccessBank»ın filiallarının
sayının 21-ə çatması ilə bərabər, məhz regional filial
şəbəkəsi genişlənib. «AccessBank»ın filial şəbəkəsi
ilbəil daha çox regionu əhatə edir. Bununla bank, paytaxtdan
kənarda yaşayan əhali üçün bank məhsullarından istifadə
imkanı yaradır, ən əsası isə, regionlarda biznesin inkişafına
yardım göstərir. Bu, təsisçilərin bankın qarşısına qoyduğu
ən ümdə məqsədlərdən biridir.
Filiallarda həm fiziki, həm də hüquqi
şəxs olan müştərilər üçün tam çeşidli xidmətlər göstərilir
– bu xidmətlərə beynəlxalq pulköçürmə sistemləri, hesabların
və depozitlərin açılması, VİSA plastik kartları, kiçik
biznes və istehlak kreditlərinin verilməsi daxildir.
Filialın rəhbəri vəzifəsinə «AccessBank»ın
təcrübəli mütəxəssisi, Azərbaycan Milli Bankında attestasiyadan
müvəffəqiyyətlə keçmiş Rəhman Əliyev təyin olunub.
«AccessBank»ın Baş Meneceri Endryu
Pospilovski yeni filialın açılmasını təqdir edərək bildirib:
“Cəlilabadda filialın açılması bankın ümumi strategiyasında
atılmış zəruri addımdır – burada məqsəd kiçik biznes
üçün, eləcə də bütünlüklə Azərbaycan ərazisində ölkə
əhalisinə maliyyə xidmətlərinin göstərilməsindən ibarətdir.
Maliyyə xidmətlərindən istifadə olunmasının təmin edilməsi
və bütünlüklə Respublikada iqtisadiyyatın qeyri-neft
sektorunun inkişaf etdirilməsi bankımızın və səhmdarlarımızın
əsas prioritetidir”.
|