AccessBank-ın
kredit portfeli yeni hüdudları dəf etdi
AccessBank-ın biznes kredit portfeli 200 milyon
ABŞ dolları və 50,000 nəfər müştəri hüdudunu dəf etdi.
Bakı, 23 fevral 2009-cu il. AccessBank-ın
biznes kredit portfeli 200 milyon ABŞ dolları və 50,000
nəfər müştəri hüdudunu dəf etdi. Təxminən eyni zamanda
mikro kredit protfeli 100 milyonu ötərək, bankın mikro
və kiçik sahibkarlara maliyyə xidmətlərinin göstərilməsindən
ibarət olan korporativ missiyasını nümayiş etdirdi.
Qeyd etmək lazımdır ki, mikro portfelin bu həddi keçməsi
ilə əlamətdar olan kredit Xaçmaz filialında verilib
– bu, Azərbaycanın regionlarında maliyyə resurslarına
giriş imkanlarının genişlənməsinin göstəricisidir
ki, AccessBank-ın missiyasını nəzərə alaraq, bu amil
bank üçün xüsusi əhəmiyyət kəsb edir. Bu gün AccesssBank
öz məhsullarına böyük ehtiyac duyur və təkcə bu ayın
ilk üç həftəsi ərzində Bank 13 milyon ABŞ dolları
məbləğində 4,500-dən artıq mikro- biznes krediti verib.
Bu nailiyyətin ayın cəmi ilk üç həftəsi ərzində əldə
olunduğunu nəzərə alsaq, bu, rekord göstəricidir.
Mikro və kiçik müəssisələrə kreditlərin verilməsi
bankın specializasiyasına aiddir. Bank, müştərilərin
tələbatından asılı olaraq, onları 100 – 1 000,000
ABŞ dolları / Manat / Avro məbləğində kreditlərlə
təmin edir.
AccessBank-ın Baş Meneceri Endryu Pospilovski, yeni
nailiyyətlərin əldə olunmasını təqdir edərək bildirib:
“Hazırki iqtisadi mühitdə biz, xidmətlərimizə tələbatın
yalnız artığını görürük. Hər gün daha çox sahibkar,
hər zaman kreditlə əlaqədar müraciət edə biləcəyi
və öz əmanətlərini etibar edə biləcəyi etibarlı bank
tərəfdaşı əldə etmək məqsədi ilə AccessBank-a müraciət
edir.”.