AccessBank-ın
mikrokreditləri yeni rekorda imza atır
Fevral ayında AccessBank 20 milyon ABŞ dolları
həcmində mikro kredit verib – bu, aylıq rekord hesab
olunur.
Bakı, 2 mart 2009-cu il. Bu gün
AccessBank, fevral ayında Azərbaycan sahibkarlarına,
20 milyon ABŞ dolları məbləğdə 6,500-dən çox kreditin
verildiyini elan etdi. AccessBank-ın tarixində bu,
bankın 1 ay ərzində verdiyi mikrokreditlərin ən yüksək
miqdar və məbləğ göstəricisidir. Rekord sayda mikrokreditlərə,
4.5 milyon ABŞ dollarından artıq məbləğdə 2,000-dən
artıq aqrokredit daxildir ki, bu da yeni aylıq rekorddur.
Bu rekordun əldə olunmasına, fevral ayında Gəncə regionunda
900-dən artıq sahibkara kredit verən AccessBank-ın
Gəncə filialıın böyük rolu olub. Mikrokreditləşmə
vasitəsi ilə AccessBank bütünlüklə Azərbaycanda, xüsusən
də regionlarda kiçik müəssisələrin inkişafına böyük
töhfə verir və bu yolla yeni iş yerlərin açılmasına
və iqtisadiyyatın difersifikasiyasına kömək edir.
Baş Menecer Endryu Pospilovski qazanılmış rekordları
təqdir edərək dedi: “Biz məhsullarımıza olan tələbatın
rekord həddə olduğunu hiss edirik, çünki dünya maliyyə
böhranı səbəbindən bir çox təşkilatlar verdikləri
kreditləri məhdudlaşdırmağa məcbur olublar. Biz fəxr
edirik ki, bu cür mürəkkəb şəraitdə AccessBank Azərbaycanda
kiçik sahibkarlıq nümayəndələrinə zəruri maliyyə yardımı
göstərməyə və bununla da ölkədə etibarlı biznes tərəfdaşı
olduğunu nümayiş etdirməyə qadirdir”.