AccessBank
hamıya ən yüksək faizlər ödəyir
İndi AccessBank, məbləğindən asılı olmayaraq,
depozitlərə ən yüksək faizlər ödəyir.
Bakı, 11 mart 2009-cu il. Bu gün
AccessBank depositlər üzrə faizlər siyasətində dəyişikliklər
aparıldığını elan etdi – bundan sonra AccessBank-da
bütün depozit əmanətçiləri, qoyduqları əmanətlərin
məbləğindən asılı olmayaraq, faizləri ən yüksək səviyyədə
alacaqlar. Başqa sözlə, indiyədək bankda mövcud olan
və hələ də əksər banklarda davam edən məbləğ məhdudiyyəti
aradan qaldırılıb. Bu addımla bank rəhbərliyi AccessBank-ı
əhalinin bütün təbəqələri üçün daha da əlverişli banka
çevirmək və maddi status məhdudiyyətini aradan qaldırmaq
məqsədi daşıyır.
AccessBank-ın Baş Meneceri, cənab Endryu Pospilovski
bu dəyişiklikləri təqdir edərək bildirib: «Dünyanın
əksər bankları kiçik əmanətlərə, böyük əmanətlərdən
fərqli olaraq daha az faiz verir. Biz hər bir əmanətçini
dəyərləndiririk və indi 50 və ya 5 000 manat əmanət
yatırmasından asılı olmayaraq, hər bir kəs bizdən
ən yüksək faizlər alacaq. Beləliklə, biz bir daha
əlverişli bank olmaq missiyamızı həyata keçiririk».
Qeyd etmək lazımdır ki, bu gün AccessBank-ın depozit
əmantləri üzrə təklif etdiyi şərtlər, respublikanın
bank sektorunda ən əlverişli şərtlərdəndir. Məhz əlverişli
şərtlər və AccessBank-ın Azərbaycanın ən etibarlı
özəl bankı kimi tanınması sayəsində depozit portfeli
2008-ci il ərzində, əvvəlki illə müqayisədə 91% artıb.
Dünya maliyyə bazarındakı vəziyyəti nəzərə alaraq,
bu artım xüsusi əhəmiyyət kəsb edir.