▪ BANK HAQQINDA
▪ Tariximiz və missiyamız
▪ Idarə heyəti
▪ Təsisçilər
▪ İllik hesabatlar
▪ Maliyyə göstəriciləri
▪ Filiallar şəbəkəsi
▪ Müxbir banklar
▪ Korporativ-sosial   öhdəliklər
▪ Vakansiyalar
▪ Əlaqə
▪ Xəbərlər arxivi

▪ FİZİKİ ŞƏXSLƏR
▪ HÜQUQİ ŞƏXSLƏR
XƏBƏRLƏR

AccessBank özünün daha bir regional filialını açdı

AccessBank Salyan şəhərində özünün yeni filialını açdı.

Bakı, 2 aprel 2009 il. «AccessBank» Salyan şəhərində özünün yeni filialını açdı. Bu filialın açılması ilə filial şəbəkəsi daha da genişləndi və indi AccessBank filiallarının sayı artıq 22-yə çatdı.

Regionda daha bir filial açmaqla AccessBank, paytaxtdan kənarda yaşayan əhalinin daha çox hissəsinə bütün bank xidmətlərindən asanlıqla istifadə etmək, xüsusən də, biznes-kreditlərin alınması yolu ilə öz sahibkarlıq fəaliyyətini daha da inkişaf etdirmək üçün əlverişli imkan yaratdı. Xüsusilə, AccessBank-ın bir çox regional filialları, əsasən də Gəncə və Şəki şəhərlərində yerləşən filiallar verilən kreditlərin sayına görə liderdir, bu isə yerli sahibkarların bankın dəstəyinə ehtiyacı olmasını bir daha nümayiş etdirir.

AccessBank-ın Baş Meneceri Endryu Pospilovski yeni filialın açılışını təqdir edərək dedi: «Salyan filialının açılması bankın ümumi strategiyasında atılan zəruri addımdır və bu, bütünlüklə Azərbaycan ərazisində ölkə əhalisinin maliyyə xidmətlərindən istifadəsini asanlaşdırmaq məqsədi daşıyır. Maliyyə xidmətlərindən istifadə olunmasının asanlaşdırılması və bütünlüklə respublikada iqtisadiyyatın qeyri-neft sektorunun inkişaf etdirilməsi Bankımızın və səhmdarlarımızın əsas prioritetidir.».

Bütün başqa filiallarda olduğu kimi, Salyan filialında da həm fiziki, həm də hüquqi şəxslər üçün tam çeşidli xidmətlər göstərilir – buraya hesabların açılması, depozitlər, VISA plastik kartları, eləcə də həm kiçik, həm də orta həcmli kreditlərin, istehlak kreditlərinin verilməsi, çoxsaylı pulköçürmə sistemləri və kassa əməliyyatları daxildir.