|
Fitch Azərbaycanda ən
yüksək reytinqin AccessBank-a məxsus olduğunu təsdiqlədi
Fitch beynəlxalq reytinq agentliyi AccessBank-ın
Azərbaycan üçün ən yüksək reytinq olan ВВ+ səviyyəsində
reytinqini təsdiqlədi
Bakı, 27 aprel 2009-cu il. Fitch Ratings
agentliyi AccessBank-ın reytinqini dəyişməz saxlayaraq
onun əvvəlki səviyyədə qaldığını təsdiqlədi – bu, Azərbaycan
üçün nəzərdə tutulmuş ən yüksək reytinqdir. Fitch emitent
defoltunun uzunmüddətli reytinqini «Sabit» proqnozla
«ВВ+», emitent defoltunun qısamüddətli reytinqini «В»,
fərdi reytinqini «D/E», dəstək reytinqini «3», emitent
defoltunun uzunmüddətli reytinqi üzrə proqnozunu isə
«sabit» səviyyədə təsdiq etdi. Azərbaycanın öz reytinqi
«ВВ+» səviyyəsindədir və təşkilatın reytinqi ölkənin
reytinqindən yüksək ola bilmədiyindən, AccessBank-ın
reytinqi Azərbaycanda mümkün olan ən yüksək səviyyədə
müəyyən edilib. Yüksək reytinq bankın beynəlxalq səhmdarlarının
güclü strukturu, eləcə də risk idarəçiliyi sayəsində
müəyyən olunub.
AccessBank-ın emitent defoltunun uzunmüddətli
reytinqinin təsdiqlənməsi, bankın səhmdarları olan beynəlxalq
maliyyə təşkilatları tərəfindən zəruri hallarda yardım
göstəriləcəyi ehtimalının yüksək olması barədə Fitch
agentliyinin rəyini əks etdirir. Həmin təşkilatlar KfW
İnkişaf Bankı («AAA»; payı 20%), Avropa Yenidənqurma
və İnkişaf Bankı («AAA»; 20%) və Beynəlxalq Maliyyə
Korporasiyasıdır («AAA»; 20%). AccessBank-ın fərdi «D/E»
reytinqi onun nisbətən mükəmməl qaydada kapitallaşdırılması,
kreditlərin qiymətdəndüşmə səviyyəsinin bu gün son dərəcə
aşağı olması, eləcə də müddətlər və kreditorlar üzrə
diversifikasiyalaşdırılmış xüsusi mikromaliyyələşdirmə
fondları tərəfindən sabit şəkildə fondlaşdırılması ilə
əlaqədar təkrar maliyyələşdirmə riskinin cüzi olması
sayəsində qorunub saxlanılır.
Reytinqin təsdiqlənməsi ilə bağlı rəyini
bildirən AccessBank-ın Baş Meneceri Endryu Pospilovski
bildirib: «Beynəlxalq aləmdə Azərbaycanın ən güclü özəl
bankı kimi tanınmağımız bizim üçün böyük şərəfdir. Dünya
iqtisadiyyatının hazırki ağır şəraitində bu reytinqin
dəyişilmədən təsdiqlənməsi bankımızın maliyyə sabitliyinin
və etibarlılığının bariz göstəricisidir. Ümid edirəm
ki, bu reytinq növbəti dəfə Azərbaycanın hər bir vətəndaşında,
AccessBank-ın onların ən etibarlı tərəfdaşı olduğuna
əminlik yaradacaq».
Fitch Ratings dünyanın aparıcı və ən
nüfuzlu reytinq agentliklərindən biridir və bu agentliyin
reytinqləri beynəlxalq aləmdə tanınır.
|