| AccessBank sahibkarlığın
kreditləşdirilməsinə daha çox vəsait yönəldəcək
AccessBank 15 milyon ABŞ dolları məbləğində kredit
almaq üçün Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə
müqavilə imzalayıb.
Bakı, 28 aprel 2009-cu il.
AccessBank 15 milyon ABŞ dolları məbləğində kredit almaq
üçün IFC ilə müqavilə imzalayıb. Bankın xarici investorlardan
əvvəllər aldığı bütün kreditlər kimi, bu uzunmüddətli
kredit də kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinə,
kreditin bir hissəsi isə aqrokreditləşməyə yönəldiləcək.
AccessBank-ın Baş Meneceri Endryu Pospilovski bu müqavilənin
imzalanmasını şərh edərək dedi: «Mürəkkəb iqtisadi şəraitdə
IFC tərəfindən Azərbaycanın sahibkarlıq sektorunun daim
dəstəklənməsi böyük əhəmiyyət kəsb edir. Bu kredit,
həmçinin, regionlardakı sahibkarlara yardım göstərilməsinə
imkan yaradacaq. Dünya kapital bazarında mürəkkəb vəziyyətin
hökm sürməsinə baxmayaraq, AccessBank yeni resursları
uğurla cəlb etməkdə davam edir və təkcə mart ayı ərzində
bank 28 milyon ABŞ dolları həcmində sindikasiyalaşdırılmış
kreditdən 14 milyon ABŞ dolları məbləğində ilk tranş
alıb, eləcə də 5 milyon ABŞ dolları həcmində kreditin
alınması ilə əlaqədar OFID Beynəlxalq Maliyyə Fondu
(The OPEC Fund for International Development – OPEC
nəzdində çalışan Beynəlxalq İnkişaf Fondu) ilə müqavilə
bağlayıb.»
Mart ayı ərzində AccessBank 5,500-dən
artıq sahibkara kredit verib və hal-hazırda ölkənin
hər yerində 50,000-dən artıq sahibkarı maliyyələşdirir.
IFC-nin ümdə missiyası, imkansızların
həyat şəraitinin yaxşılaşdırlaşdırılmasına kömək göstərilməsidir.
Təşkilat özəl sektora yardım göstərməklə, inkişaf edən
ölkələrədə iqtisadiyyatın inkişafına kömək edir. 2008-ci
il ərzində İFC-nin investisiyaları 16,2 milyard ABŞ
dolları təşkil edib ki, bu da ötən ildəkindən 34% artıqdır.
|