▪ BANK HAQQINDA
▪ Tariximiz və missiyamız
▪ Idarə heyəti
▪ Təsisçilər
▪ İllik hesabatlar
▪ Maliyyə göstəriciləri
▪ Filiallar şəbəkəsi
▪ Müxbir banklar
▪ Korporativ-sosial   öhdəliklər
▪ Vakansiyalar
▪ Əlaqə
▪ Xəbərlər arxivi

▪ FİZİKİ ŞƏXSLƏR
▪ HÜQUQİ ŞƏXSLƏR
XƏBƏRLƏR
 

AccessBank Müştərilərin Mühafizəsi üzrə Kampaniyaya qoşulub

AccessBank Müştərilərin Mühafizəsi üzrə Beynəlxalq Kampaniyaya qoşulub.

Bakı, 15 may 2009-cu il. Bu gün AccessBank Müştərilərin Mühafizəsi üzrə Beynəlxalq Kampaniyaya qoşulduğunu elan etdi. Bu kampaniya, 2009-cu ilin baharında, maliyyə xidmətləri sahəsində liderlik edən təşkilatların birgə təşəbbüsü nəticəsində başlanıb və «The Center for Financial Inclusion» (Maliyyə Xidmətlərindən İstifadənin Genişləndirilməsi Mərkəzi) tərəfindən aparılır. Müştərilərin Mühafizəsi üzrə Kampaniya, bütün dünyada fəaliyyət göstərən maliyyəçilər tərəfindən gəlir səviyyəsi aşağı olan müştəriləri əlverişsiz maliyyə xidmətlərindən mühafizə etmək və onlara ədalətli xidmət göstərilməsini təmin etmək məqsədi ilə yaradılıb.

Bu kampaniyaya qoşulmaqla AccessBank, müştərilərin mühafizəsi üzrə 6 prinsipə riayət etdiyini nümayiş etdirib – bu prinsiplərə ifrat borclanmaya yol verilməməsi, şəffaf və obyektiv qiymət siyasəti, borcların toplanması üzrə loyal sistem, etik münasibət, şikayətlərin aradan qaldırılması üzrə effektif mexanizm və müştəri haqqında məlumatların məxfiliyi daxildir.

Baş Menecer Endryu Pospilovski AccessBank-ın bu kampaniyaya qoşulmasını elan edərək deyib: «2002-ci ildə yarandığı gündən başlayaraq, AccessBank öz biznesini bütünlüklə “Məsul bankçılıq” prinsipləri üzərində qurub və kampaniyanın 6 prinsipinə, xüsusilə qiymətqoyma prosesinin və bizim bütün əməliyyatlarımızın şəffaflığı, müştərilərimizin ifrat borclanmasına yol verilməməsi və ən yüksək etik normalara riayət olunması prinsiplərinə sadiq qalıb. Biz bu kampaniyaya qoşulub onu dəstəkləməyimizlə fəxr edirik və ona riayət etdiyimizi nümayiş etdiririk».