▪ BANK HAQQINDA
▪ Tariximiz və missiyamız
▪ Idarə heyəti
▪ Təsisçilər
▪ İllik hesabatlar
▪ Maliyyə göstəriciləri
▪ Filiallar şəbəkəsi
▪ Müxbir banklar
▪ Korporativ-sosial   öhdəliklər
▪ Vakansiyalar
▪ Əlaqə
▪ Xəbərlər arxivi

▪ FİZİKİ ŞƏXSLƏR
▪ HÜQUQİ ŞƏXSLƏR
XƏBƏRLƏR
 

Tədqiqatlar AccessBank-ın müsbət təsirini aşkara çıxardı

Müstəqil tədqiqatlar göstərdi ki, AccessBank-ın maliyyə vəsaitləri müştərilərin gəlirlərinin əhəmiyyətli dərəcədə artmasına şərait yaradıb.

Bakı, 03 iyun 2009-cu il. Bu gün AccessBank-ın dərc etdirdiyi müstəqil tədqiqatların nəticələrinə əsasən, AccessBank-dаn maliyyə vəsaitləri almış sahibkarların gəlir səviyyəsi əhəmiyyətli dərəcədə artıb. Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMMA) tərəfindən hazırlanmış bu hesabat, mikromaliyyənin müştərilərə təsirinin müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycanda mikromaliyyə müştəriləri ilə aparılmış sorğulara əsaslanır.

AMMA tərəfindən cari ilin əvvəlində dərc olunmuş ilkin sorğu və hesabatda Azərbaycandakı 2,000 müştəri nümunə göstərilir ki, onlardan yarısı yeni, o biri yarısı isə uzunmüddətli müştərilərdir. Hesabatda, həmçinin, mikromaliyyənin təsirinin qiymətləndirilməsi üçün 2 qrup müqayisə olunur. İlkin hesabatda 2,000 mikromaliyyə müştərisi, o cümlədən AccessBank-ın 336 müştərisi ilə sorğu aparılıb, bu gün dərc olunmuş yeni hesabatda isə AccessBank müştəriləri ilə əlaqədar nəticələr ümummilli miqyaslı nəticələrlə müqayisə olunur.

Hesabatda göstərilir ki, AccessBank-ın uzunmüddətli müştəriləri olan ailələrin orta gəlir səviyyəsi, yeni müştərilərlə müqayisədə 90% (2,025 AZN müqayisədə 3,800 AZN), biznes gəlirləri isə 120% (5,629 AZN məbləği ilə müqayisədə 12,397 AZN) artıq olub. Gəlirlərin yüksək səviyyədə olması, həmçinin, təhsilə çəkilən böyük xərclərə rəğmən, əmanətlərdən və həyat keyfiyyətinin yaxşılaşdırılması üçün digər xərclərdən irəli gəlir. Tədqiqatlar sübut edir ki, bu fərq, AccessBank-ın maliyyə fəaliyyətinin Azərbaycanda mikro və kiçik sahibkarların inkişafına əhəmiyyətli dərəcədə müsbət təsir göstərdiyini nümayiş etdirir.

AccessBank-ın Baş Meneceri Endryu Pospilovski bu hesabatın dərc olunmasını şərh edərək deyib: «Hazırda, bütün dünyada peşəkarlar mikromaliyyənin müştərilərə nə dərəcə təsir edtiyi haqda müzakirələr aparırlar. Bu cür müstəqil tədqiqatlar, AccessBank-ın mikromaliyyə vəsaitlərinin göstərdiyi müsbət təsiri açıq-aydın nümayiş etdirir və sübut edir ki, AccessBank, iqtisadiyyatı diversifikasiya etməklə və yoxsulluğun səviyyəsini azaltmaqla, kiçik sahibkarlığa yardım göstərmək missiyasını tam şəkildə yerinə yetirir».

AMMA 2001-ci ildə yaradılıb və 26 üzvü var – bu üzvlər Azərbaycanda əsas mikromaliyyə təchizatçılarıdır. AMMA-nın missiyası mikromaliyyə institutlarının imkanlarının genişləndirilməsindən və mikromaliyyə ictimaiyyətinin mənafeyinin müdafiəsi yönümündə kollektiv surətdə aparılan əməliyyatlara yardım göstərilməsindən ibarətdir.

«Azərbaycanda Mikromaliyyələşdirilməsinin Təsirinin və Mikromaliyyə Tədqiqatlarının Sosial Effektivliyinin Qiymətləndirilməsi» (yüklə)>>

AccessBank-ın Təsirinin Qiymətləndirilməsi haqqında AMMA-nın hesabatı (yüklə)>>