▪ BANK HAQQINDA
▪ Tariximiz və missiyamız
▪ Idarə heyəti
▪ Təsisçilər
▪ İllik hesabatlar
▪ Maliyyə göstəriciləri
▪ Filiallar şəbəkəsi
▪ Müxbir banklar
▪ Korporativ-sosial   öhdəliklər
▪ Vakansiyalar
▪ Əlaqə
▪ Xəbərlər arxivi

▪ FİZİKİ ŞƏXSLƏR
▪ HÜQUQİ ŞƏXSLƏR
XƏBƏRLƏR
 

«Financial Times» AccessBank-ı ən sabit banklardan biri kimi tanıyıb

“2009 Financial Times Sustainable Banking Awards” AccessBank-a sabit bank statusu verib.

Bakı, 05 iyun 2009-cu il. «2009 Financial Times Sustainable Banking Awards» AccessBank-ı Şərqi Avropanın inkişaf edən bazarlarında 3 əsas sabit banklardan biri kimi tanıyıb. Bu bəyanat Londonda keçirilmiş «2009 Financial Times Sustainable Banking» Konfransında səslənib – dünyanın maliyyə liderləri bu konfransda iştirak edərək bütün dünyada baş verən əsas problemləri müzakirə ediblər.
AccessBank-ın Baş Meneceri Endryu Pospilovski deyib: “Beynəlxalq «Financial Times» mətbu orqanı tərəfindən, ikişaf edən dünyanın ən sabit banklarından biri statusuna layiq görülməsi AccessBank üçün böyük şərəfdir. Bu bəyanat AccessBank-ın bütün iqtisadi səviyyələrdə müştərilərin bank tələbatlarını ödəmək missiyasını növbəti dəfə təsdiq edir. Hazırki iqtisadi mühitə baxmayaraq, AccessBank sübut edib ki, şüurlu və məsul bankçılıq mükəmməl bankçılıq deməkdir və bu, davamlı yüksəlişə və inkişafa kömək edir.”
Artıq 4 illik müddətdə mövcud olan bu təltifat, öz əməliyyatlarında, sosial sahədə, eləcə də ətraf mühitin mühafizəsi və korporativ idarəetmənin təmin olunması sahələrində sabitliyin yaradılması ilə əlaqədar vəzifələrin yerinə yetirilməsində innovasiya və liderlik nümayiş etdirmiş banklar və maliyyə təşkilatları üçün nəzərdə tutulub. Beş kateqoriyaya məxsus olan qaliblər, o cümlədən AccessBank-ın daxil olduğu, İnkişaf edən Bazarların Sabit Bankları, dünyanın 42 ölkəsindən 117 təşkilatın təqdim etdiyi 165 ərizə əsasında seçilib.