▪ BANK HAQQINDA
▪ Tariximiz və missiyamız
▪ Idarə heyəti
▪ Təsisçilər
▪ İllik hesabatlar
▪ Maliyyə göstəriciləri
▪ Filiallar şəbəkəsi
▪ Müxbir banklar
▪ Korporativ-sosial   öhdəliklər
▪ Vakansiyalar
▪ Əlaqə
▪ Xəbərlər arxivi

▪ FİZİKİ ŞƏXSLƏR
▪ HÜQUQİ ŞƏXSLƏR
XƏBƏRLƏR
 

AccessBank topdansatış bazarları üçün filialı Lökbatana köçürdü

AccessBank Lökbatandakı topdansatış bazarlarına xidmət göstərmək üçün “Aeroport” filialını Badamdar qəsəbəsinə köçürdü.

Bakı, 23 iyun 2009. AccessBank öz keçmiş “Aeroport” filialının adını dəyişərək onu Badamdar qəsəbəsinə köçürdü. Bu addım, ötən ay Azərbaycanın Lökbatanda yerləşdirilən əsas topdansatış bazarlarına xidmət göstərilməsi üçün atılıb. İndi AccessBank-ın filial şəbəkəsi 22 filialdan ibarətdir.

AccessBank-ın Baş Menecer Endryu Pospilovski deyib: «Ötən ay Azərbaycanın əsas topdansatış bazarları aeroport ərazisindən Lökbatana – şəhərin əks tərəfinə köçürülüb. AccessBank bu bazarların iqtisadiyyat üçün zəruri rol oynadığını nəzərə alaraq, buna operativ cavab kimi öz filialını bazarın yaxınlığındakı yeni binaya köçürüb. Beləliklə, AccessBank Azərbaycan biznesi üçün etibarlı tərəfdaş olduğunu bir daha real əməllərlə sübut edib.»

“Badamdar” filialı, sahibkarlardan əlavə, həmçinin yerli əhaliyə də xidmət göstərəcək. Filialda tam çeşidli bank xidmətləri, o cümlədən cari və depozit hesabları, pulköçürmə sistemləri, istehlak və biznes kreditləri, eləcə də VISA plastik kartları təqdim olunub.

Qeyd etmək lazımdır ki, 22 filialın hamısı cəmi 6 il ərzində, yəni bankın fəaliyyətə başladığı vaxtdan etibarən açılıb və bu, inkişaf tempinin çox sürətli olmasından xəbər verir. Yeni filialın açılması ilə Bakı şəhərində yerləşən filialların sayı 11-ə çatıb – bunlar “Mərkəzi”, “Babək”, “20 Yanvar”, “Xalqlar Dostluğu”, “Azadlıq”, “Elmlər Akademiyası”, “Səbail”, “Bülbül”, “Bakıxanov”, “Mərdəkan” və “Badamdar” filiallarıdır, daha 11 filial isə Respublikanın ən böyük şəhərlərində - Sumqayıt, Gəncə, Şəki, Lənkəran, Xaçmaz, Qazax, Mingəçevir, Zaqatala, Xırdalan, Cəlilabad və Salyan şəhərlərində yerləşir.