| AccessBank yeni filial açdı
AccessBank biznes müştərilərinə xidmət göstərmək üçün yeni filial açdı.
AccessBank biznes müştərilərinə xidmət göstərmək üçün Bakı şəhərində yerləşən “Natavan” Biznes Mərkəzində yeni filial açdı. Yeni filialın açılışı ilə AccessBank filiallarının sayı 23-ə çatdı.
AccessBank-ın Baş Menecer Endryu Pospilovski deyib: “AccessBank müştərilərinin sayı gün gündən artır və biz öz növbəmizdə onlara daha yaxşı və keyfiyyətli xidmət göstərmək məqsədi ilə əlverişli yerləşmə yerlərində yeni filiallar açırıq.”
“Natavan” filialında tam çeşidli qeyri-kredit bank xidmətləri, o cümlədən cari və depozit hesabları, pulköçürmə sistemləri, eləcə də VISA plastik kartları təqdim olunub.
Qeyd etmək lazımdır ki, 23 filialın hamısı cəmi 6 il ərzində, yəni bankın fəaliyyətə başladığı vaxtdan etibarən açılıb və bu, inkişaf tempinin çox sürətli olmasından xəbər verir. Yeni filialın açılması ilə Bakı şəhərində yerləşən filialların sayı 12-yə çatıb – bunlar “Mərkəzi”, “Babək”, “20 Yanvar”, “Xalqlar Dostluğu”, “Azadlıq”, “Elmlər Akademiyası”, “Səbail”, “Bülbül”, “Bakıxanov”, “Mərdəkan”, “Badamdar” və “Natavan” filiallarıdır, daha 11 filial isə Respublikanın ən böyük şəhərlərində - Sumqayıt, Gəncə, Şəki, Lənkəran, Xaçmaz, Qazax, Mingəçevir, Zaqatala, Xırdalan, Cəlilabad və Salyan şəhərlərində yerləşir.
|