▪ BANK HAQQINDA
▪ Tariximiz və missiyamız
▪ Idarə heyəti
▪ Təsisçilər
▪ İllik hesabatlar
▪ Maliyyə göstəriciləri
▪ Filiallar şəbəkəsi
▪ Müxbir banklar
▪ Korporativ-sosial   öhdəliklər
▪ Vakansiyalar
▪ Əlaqə
▪ Xəbərlər arxivi

▪ FİZİKİ ŞƏXSLƏR
▪ HÜQUQİ ŞƏXSLƏR
XƏBƏRLƏR
 

AccessBank-ın deposit portfeli 200% artıb
 
AccessBank-ın deposit portfeli 2009-cu ilin əvvəli ilə müqayisədə 200% artıb.

AccessBank-ın artım dinamikası bank xidmətləri bazarının orta inkişaf tempini əhəmiyyətli dərəcədə üstələyir. Dünya maliyyə sektorundakı vəziyyətin kifayət qədər mürəkkəb olmasına baxmayaraq, 2009-cu il ərzində AccessBank özünün bazardakı mövqeyini bir çox fəaliyyət istiqamətləri üzrə daha da möhkəmləndirib. Bunun aşkar göstəricisi kimi, bankın depozit portfelinin 2009-cu ilin əvvəli ilə müqayisədə 200% artaraq 80 milyon ABŞ dollarını ötdüyünü qeyd etmək olar. Bu cür sürətli artım, dünya maliyyə böhranı şəraitində bankın öz sabitliyini nümayiş etdirməsi ilə şərtlənir.  

AccessBank-ın Baş Menecer Endryu Pospilovski bu nəticələri şərh edərək deyib: “Təqdirəlayiq haldır ki, hal-hazırda Azərbaycan əhalisi bankda əmanətlərə sahib olmaq, öz gələcəyinin təmin olunması üçün işini ehtiyatlı tutmaq barədə ciddi düşünür. İngiltərədə dedikləri kimi “Yağmurlu gün üçün ehtiyyat saxlamaq lazımdır”.