▪ BANK HAQQINDA
▪ Tariximiz və missiyamız
▪ Idarə heyəti
▪ Təsisçilər
▪ İllik hesabatlar
▪ Maliyyə göstəriciləri
▪ Filiallar şəbəkəsi
▪ Müxbir banklar
▪ Korporativ-sosial   öhdəliklər
▪ Vakansiyalar
▪ Əlaqə
▪ Xəbərlər arxivi

▪ FİZİKİ ŞƏXSLƏR
▪ HÜQUQİ ŞƏXSLƏR
XƏBƏRLƏR
 

AccessBank-ın Depozitləri  210% artdı

AccesBank 2009 –cu ilin nəticələrinə yekun vurdu.

Bakı, 19 yanvar, 2010-cu il. Əldə olunmuş nailiyyətləri nəzərə alaraq 2009-cu il də AccessBank üçün  əvvəlki illər kimi məhsuldar olduğunu demək lazımdır . İl ərzində Accessbank bütün istiqamətlər üzrə inkişaf etməkdə davam edib. İlin sonunda bankın aktivləri 55% artaraq 375 million dollar təşkil edib, kredit portfeli isə 43% artaraq 297 million dollara yaxınlaşıb. Depozit məhsulları üzrə  artım digər artım göstəriciləri üzrə rekord vuraraq 210 % olub və 82 million ABŞ dolları həddini aşıb.

AccessBank-ın baş meneceri, Endryu Pospilovski nəticələri şərh edərək deyib:” 2009-cu ilin  mürəkkəb iqtisadi şəraiti AccessBank və onun işçi heyətinə öz gücünü təsdiq etməyə imkan yaratdı. Müştərilər tərəfindən təsdiqlənən bu göstərici öz növbəsində depozit və kredit portfeli, eləcə də, bütün fəaliyyət istiqamətləri üzrə fəal artımda öz əyani təzahürünü tapdı.”

Nəzərə almaq lazımdır ki, 2009-cu il bankın nailiyyələrinin qiymətləndirilməsi baxımından da məhsuldar olub. Belə ki, 2009-cu ilin əvvəlində Microfinance Information Exchange, Inc. «2008 Global 100 Composite»  hesabatında dünyanın 100 ən yaxşı mikromaliyyələşdirmə institutları arasında AccessBank 41-ci yeri tutub. Bundan əlavə, Fitch Ratings agentliyi AccessBank-ın “BB+” reytinq səviyyəsini təsdiq edib, başqa sözlə, bankın reytinqi dəyişmədən Azərbaycanın özəl bankları arasında ən yüksək olaraq qalmaqdadır. Eləcə də,  Londonda keçirilən «2009 Financial Times Sustainable Banking», konfransında AccessBank  Şərqi Avropanın inkişaf edən bazarlarında 3 ən sabit bankdan biri kimi seçildi.