AccessBank və Save the Children əməkdaş oldular
Bakı, 21 Yanvar 2010-cu il. AccessBank Korporativ Sosial Öhdəliklər programı çərçivəsində “Save the Children” beynəlxalq tərəqqi təşkilatı ilə əməkdaşlıq və gələcək layihələrdə iştirak barədə razılaşma imzaladı.
“AccessBank-ın işçi heyətinin Azərbaycanda uşaqların qarşılaşa biləcəyi risklərin azaldılması prosesində şəxsən iştirak etmək təşəbbüsü məni mütəəssir etdi. Bu əməkdaşlıq bir tərəfdən Azərbaycan uşaqlarının parlaq gələcəyi üçün geniş imkanlar yaranması deməkdir, digər tərəfdən isə özəl və ictimai sektorun birgə əməyi nəticəsində yüksək nailiyyətlər əldə etməyin mümkün olduğunu sübut edəcək.”, Save the Children İnternational Azərbaycandakı nümayəndəliyinin rəhbəri, Ceof Ciakomini.
AccessBank İdarə Heyətinin sədri Endryu Pospielovski “Save the Children” ilə əməkdaşlığı belə şərh etdi: “AccessBank Azərbaycanın sadəcə iqtisadi deyil, eləcə də ictimai və ümum-dövlət rifahı üçün çalışır. Biz çalışırıq ki, filiallarımız yerləşdikləri ərazilərdə ictimai həyatın bir hissəsi olsunlar və əməkdaşlarımız xeyriyyə layihələrində şəxsən iştirak etsinlər. Mən çox şadam ki, biz bu məqsədlə Azərbaycanda bu istiqamətdə dəyərli tədbirlər həyata keçirən Save the Children ilə əməkdaşlıq edəcəyik. ” |