▪ BANK HAQQINDA
▪ Tariximiz və missiyamız
▪ Idarə heyəti
▪ Təsisçilər
▪ İllik hesabatlar
▪ Maliyyə göstəriciləri
▪ Filiallar şəbəkəsi
▪ Müxbir banklar
▪ Korporativ-sosial   öhdəliklər
▪ Vakansiyalar
▪ Əlaqə
▪ Xəbərlər arxivi

▪ FİZİKİ ŞƏXSLƏR
▪ HÜQUQİ ŞƏXSLƏR
XƏBƏRLƏR
 

AccessBank-ın reytinqi yüksəldi

Fərdi reytinqi Fitch Ratings Agentliyi tərəfindən yüksəldilən AccessBank indi ən yüksək reytinqə malik Azərbaycan bankıdır

Bakı, 10 fevral 2010-cu il. Fitch Ratings AccessBank-ın fərdi reytinqini D/E səviyyəsindən D səviyyəsinədək yüksəldib və eyni zamanda, Emissiya Defoltu üzrə Uzunmüddətli (BB+) və Qısamüddətli (B) Reytinqi təsdiqlənib. Reytinqin yüksəlməsi ilə  AccessBank Azərbaycanın ən yüksək reytinqə malik maliyyə institutuna çevrilib. Fitch, həmçinin, Uzunmüddətli Emissiya Defoltu Reytinqini, 3-cü dərəcəli yardımçı reytinqlə, “Sabit” səviyyədə təsdiqləyib. Fitch reytinqi ölkə səviyyəsində Azərbaycan üçün ən yüksək ВВ+ həddindədir və təşkilatın reytinqi ölkə üçün təyin olunmuş ən yüksək reytinqdən artıq ola bilmədiyindən, AccessBank-ın Emissiya Defoltu üzrə reytinqi də ölkə üçün nəzərdə tutulmuş reytinq həddində təyin olunub. Yüksək reytinqin əsası bankın güclü beynəlxalq təsisçiləri tərəfindən dəstəklənir. AccessBank-ın fərdi reytinqi Fitch tərəfindən qiymətləndirilmiş Azərbaycan bankları arasında ən yüksək reytinq hesab olunur və bu reytinq risklərin yüksək səviyyədə idarə olunmasını, yüksək mənfəətlilik və sabit kapitallaşma səviyyəsini əks etdirir.

Fitch Ratings öz press-relizində bildirib: «AccessBank-ın fərdi reytinqinin “D/E” səviyyəsindən “D” səviyyəsinə yüksəldilməsi maliyyə böhranı şəraitində bankın öz aktivlərinin keyfiyyətini qoruyub saxladığını, möhkəm kapittallaşmaya nail olduğunu və daxili kapitalın uğurla artırıldığını göstərir.  Əsasən, xarici maliyyə institutlarına əsaslanan maliyyə bazası, eyni zamanda, kreditorlar və ödənişlər sayəsində də uğurla diversifikasiya olunur. AccessBank-ın Uzunmüddətli Emissiya Defoltu Reytinqi Fitch-in beynəlxalq maliyyə institutlarının səhmdarları tərəfindən yardım göstərilməsi ehtimalını əks etdirir».

AccessBank Baş Meneceri Endryu Pospilovski Fitch Ratings Agentliyinin bəyanatını şərh edərək deyib: «Fitch Ratings Agentliyi tərəfindən AccessBank-ın reytinqinin yüksəldilməsi, onun Azərbaycanda ən yüksək reytinqə malik olmasının təsdiqlənməsi  bizim əməkdaşlarımız üçün ən böyük mükafatdır. Ümid edirik ki, bu reytinq sayəsində müştərilərimiz AccessBank-ı seçməklə öz bank tələbatlarının ödənilməsi üçün  güclü tərəfdaş seçdiklərinə inamı daha da artacaq».

Fitch Ratings dünyanın kredit bazarlarına müstəqil və perspektivli kredit qərarlarının, tədqiqatlarının və məlumatlarının təqdim olunması sahəsində fəaliyyət göstərən, ümumdünya miqyaslı reytinq agentliyidir.  Dünya üzrə 50 nümayəndəliyə malik Fitch Ratings agentliyinin yerli bazar təcrübəsinin qazanılmasına əsaslanan qlobal təcrübəsi 150-dən artıq ölkənin kapital bazarlarını əhatə edir. Fitch Ratings öz etibarlı və şəffaf fəaliyyəti sayəsində investorlar, emitentlər və bank rəhbərləri arasında yüksək nüfuza malikdir.