AccessBank İdarə Heyətinin Sədri İlin Bankiri seçildi
AccessBank-ın idarə heyətinin sədri cənab Endryu Pospilovski “İlin Bankiri” nominasiyasında mükafatla təltif olundu.
Bakı, 22 Fevral 2010. 20 fevral 2010-cu il Buta Palace-da təşkil olunmuş Azeri Business Award təntənəli mükafatlandırma mərasimində AccessBank-ın idarə heyətinin sədri cənab Endryu Pospilovski “İlin Bankiri” nominasiyasında mükafatla təltif olundu.
Azeri Business Award Milli Mükafatının Təşkilat Komitəsi AccessBank-ın idarə heyətinin sədrini mükafatlandırmaq qərarı barədə bildirdi: Böhran ili kimi səciyyələnən 2009-cu ilin əvvəlində, bazarda qüvvədə olan meyllərinin əksinə, AccessBank tək müştəri üçün nəzərdə tutulmuş kredit məbləğinin yüksək həddini 2 milyon manata qaldırdı. Dünya üzrə ən müvəffəqiyyətli bank strukturlarının belə öz fəaliyyətlərini müvəqqəti olaraq minimum həddə qədər məhdudlaşdırmağa üstünlük verdiyi dövrdə, AccessBank-ın Azərbaycanın maliyyə bazarında öz fəaliyyətini genişləndirməyə istiqamət götürməsi diqqətə layiq bir faktdır. Eyni zamanda, AccessBank Kredit portfelinin keyfiyyətini kifayət qədər yüksək səviyyədə saxlamağa müvəffəq oldu. Beləliklə, Baş Menecer cənab Endryu Pospilovskinin rəhbərliyi altında AccessBank-ın Dünya Böhranı zamanı Azərbaycan vətəndaşlarının milli bank sektoruna etibarının artmasına əhəmiyyətli töhfəsi oldu.
AccessBank-ın idarə heyətinin sədri cənab Endryu Pospilovski keçən ildə bankın əldə etdiyi nəticələr və ümumi uğurda öz şəxsi payından bəhs edərək dedi: “Bankın nailiyyətləri AccessBank-ın bütün əməkdaşlarının səylə çalışmalarının nəticəsidir. O ki qaldı, mənim keçən ilin uğurundakı payıma, güman edirəm ki, bu, mənim öz həmkarlarımın işinə müdaxiləmi mümkün qədər ixtisar etməyə çalışmağımdır. Bankın formalaşmasının ilk günlərindən etibarən biz işçi heyətimizin tədrisi və təkmilləşməsinə, aydın səlahiyyət bölgüsü və dəqiq prosedurların işlənib hazırlanmasına böyük cəhd göstəririk. Hazırda, AccessBank-da öz vəzifələrini əla yerinə yetirən mükəmməl və təcrübəli işçi heyəti formalaşıb. Məhz bunun sayəsində, bank mükəmməl nəticələrə nail olur.” |