▪ BANK HAQQINDA
▪ Tariximiz və missiyamız
▪ Idarə heyəti
▪ Təsisçilər
▪ İllik hesabatlar
▪ Maliyyə göstəriciləri
▪ Filiallar şəbəkəsi
▪ Müxbir banklar
▪ Korporativ-sosial   öhdəliklər
▪ Vakansiyalar
▪ Əlaqə
▪ Xəbərlər arxivi

▪ FİZİKİ ŞƏXSLƏR
▪ HÜQUQİ ŞƏXSLƏR
XƏBƏRLƏR
 

AccessBank-ın kredit portfeli 300 milyon dollar həddini ötüb
 
AccessBank-ın kredit portfeli 300 milyon ABŞ dolları və 100,000 müştəri həddini ötüb.

Bakı, 02 mart 2010-cu il.
Ölkənin kreditləşmə üzrə liderlərindən biri olan AccessBank-ın  kredit portfeli 300 milyon ABŞ dolları və 100,000 müştəri həddini ötüb. Bu göstəricilər son 12 ay ərzində kredit portfelinin 100 milyon ABŞ dolları, kredit alan müştərilərin sayının isə 50 000 nəfər artdığını nümayiş etdirir. Bu cür sürətli inkişaf onunla şərtlənir ki, 2009-cu böhran ilinin əvvəlində mövcud bazar tendensiyalarına baxmayaraq, AccessBank bir müştəriyə verilən kredit həddini artıraraq 2 milyon manata çatdırıb və bununla da Azərbaycan biznesi üçün etibarlı tərəfdaş olduğunu bir daha sübut edib.

Baş Menecer Andrü Pospilovski yeni nailiyyətləri şərh edərək deyib: “AccessBank öz fəaliyyətini heç zaman dayandırmır və biz, xüsusilə Abşeronun hüdudlarından kənarda ölkə iqtisadiyyatının inkişafına böyük töhfə verməkdə davam edirik.”