▪ BANK HAQQINDA
▪ Tariximiz və missiyamız
▪ Idarə heyəti
▪ Təsisçilər
▪ İllik hesabatlar
▪ Maliyyə göstəriciləri
▪ Filiallar şəbəkəsi
▪ Müxbir banklar
▪ Korporativ-sosial   öhdəliklər
▪ Vakansiyalar
▪ Əlaqə
▪ Xəbərlər arxivi

▪ FİZİKİ ŞƏXSLƏR
▪ HÜQUQİ ŞƏXSLƏR
XƏBƏRLƏR
 

AccessBank nizamnamə kapitalını artırdı 

AccessBank-ın nizamnamə kapitalı 52 milyon ABŞ dollarına qədər artdı.

AccessBank nizamnamə kapitalını 21.8 milyon manat (27 milyon ABŞ dolları) artıraraq 41.8 milyon manata (52 milyon ABŞ dolları) çatdırdı. Nizamnamə kapitalı əvvəlki illər ərzində əldə edilmiş bölüşdürülməmiş mənfəətin mərkəzləşdirilməsi, yəni, bankın  gəlirinin nizamnamə kapitalına yatırılması hesabına artırıldı. Səhmlərin nominal dəyəri 1 manatdan 2.09 manata qədər artdı, ümumi sayı isə sabit olaraq qalıb və əvvəlki kimi 2 milyon təşkil edir. Eyni ilə, səhmdarlar arasında pay bölgüsü də dəyişmədən Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW Almaniya İnkişaf Bankı və Qara Dəniz Ticarət və İnkişaf Bankı hər biri 20%, AccessHolding 16.53% və LFS 3.47 % olaraq qalır. Nizamnamə kapitalının artımı bankın gələcək inkişafı üçün kapital adekvatlığını təmin edəcək. Hazırda kapitalın adekvatlığı 25 %, yəni, Azərbaycan Mərkəzi Bankının minimal tələbatından iki dəfə artıqdır.

AccessBank İdarə Heyətinin Sədri Andrü Pospilovski artımı şərh edərək qeyd etdi: “Nizamnamə  kapitalının 50 milyon ABŞ dolları həddini keçməsi, bankın gələcək inkişafı üçün güclü zəmin yaratmaqla yanaşı, səhmdarlarımızın banka töhfəsini və bizim mikro və kiçik biznes sektorunun,  eləcə də iqtisadiyyatın hərtərəfli inkişafının təmin edilməsi, yeni iş yerlərinin yaradılması və yoxsulluğun aradan qaldırılması missiyamızı əks etdirir”.